Tormoz yolunu qısaltmaq qəza risklərini azaldır - SÜRÜCÜLƏR NƏYİ SƏHV EDİR? - FOTO

Avtomobilin dayanması üçün tələb olunan məsafə sadə məsələ kimi görünsə də, tormoz yolu nəqliyyatda təhlükəsiz hərəkətin əsas şərtlərindən biridir. Məhz bu səbəbdən avtomobil testləri və təhlükəsizlik ölçmələri zamanı, xüsusilə də Euro NCAP testlərində tormoz yolu xüsusi kriteriya kimi qiymətləndirilir.
Avtosfer.az olaraq oxucularımıza bu vacib anlayışı daha aydın izah etmək üçün reaksiya müddəti, reaksiya məsafəsi, tormoz yolu və ümumi dayanma məsafəsi kimi anlayışları sadə dildə təqdim edirik.
Tormoz yolu nədir?
Əyləc pedalına basıldıqdan sonra avtomobilin tam dayanmasına qədər keçdiyi məsafəyə tormoz yolu deyilir. Bu məsafə müxtəlif amillərdən asılı olaraq dəyişə bilər və yol şəraitindən tutmuş sürücünün təcrübəsinə qədər fərqli faktorlar bu məsafəyə təsir edir.
Tormoz yolu ilə bəzi terminlər tez-tez qarışdırılır. Bunlardan biri də reaksiya müddətidir.
Reaksiya müddəti nədir?
Sürücünün təhlükəni hiss etdiyi andan qaz pedalını buraxıb əyləcə basana qədər keçən zamandır.
Reaksiya məsafəsi nədir?
Reaksiya müddətində avtomobilin qət etdiyi məsafəyə deyilir.
Durma məsafəsi nədir?
Reaksiya müddəti ilə tormoz yolunun cəmidir. Yəni təhlükə görüldüyü andan avtomobilin tam dayanmasına qədər olan ümumi məsafə.
Ara məsafəsi nədir?
Eyni istiqamətdə hərəkət edən iki nəqliyyat vasitəsi arasında təhlükəsiz dayanma üçün saxlanmalı olan minimal məsafədir. Bu məsafə həm reaksiya, həm də tormoz yolunu ehtiva edir.
Tormoz yoluna təsir edən başlıca amillər:
Avtomobilin tormoz yolunu artıran və azaldan bir çox texniki və mexaniki faktor var.
Avtomobilin sürəti artdıqca tormoz yolu kvadrat nisbətdə artır. Məsələn, sürət 2 dəfə artırsa, tormoz yolu 4 dəfə artır. 3 dəfə artırsa, 9 dəfə, 4 dəfə artırsa, 16 dəfə və s.
Yol səthinin keyfiyyəti və sürtünmə ilə mütənasibliyi də tormoz yolunun keyfiyyətinə təsir edir. Quru asfalt ilə yaş və ya buzlu yoldakı tormoz yolu arasında ciddi fərqlər var.

Enişli yolda tormoz yolu artır, yoxuşda isə qısalır.
Əyləc disklərinin və qəliblərin vəziyyəti, protektor naxışlarının dərinliyi və şinlərin təzyiqi əhəmiyyətlidir. Peşəkar sürücülər reaksiya və tormozlama zamanı daha çevik olduqları üçün tormoz yolunu effektiv şəkildə qısalda bilirlər.
Tormoz yolunu necə azaltmaq olar?
Şinlərin təzyiqini vaxtaşırı yoxlamaq, mövsümə uyğun təkərlərdən istifadə, əyləc sisteminin texniki vəziyyətini mütəmadi nəzarətdə saxlamaq, sürət həddinə riayət etmək, ara məsafəsini qorumaq başlıca şərtlərdən hesab edilir.
Sürüş zamanı yalnız yol hərəkəti qaydalarına riayət etmək kifayət deyil. Avtomobilin saz vəziyyətdə olması da təhlükəsizliyin vacib hissəsidir. Xüsusilə qış aylarında qış şinlərinin quraşdırılması, təkər təzyiqinin yoxlanılması və tormoz sisteminə nəzarət həyati əhəmiyyət daşıyır.
Eltac Zülfüqaroğlu
Qəza anında instinktiv sükan hərəkəti niyə təhlükəlidir? – Mütəxəssis AÇIQLADI – VİDEO
Körpü və tunellərdə qəza riskini necə azaltmaq olar? – Mütəxəssis AÇIQLADI - VİDEO
Piyada qəfil yola çıxarsa sürücü nə etməlidir? – Mütəxəssisdən TÖVSİYƏ - VİDEO
Avtomobildə telefonu simsiz şarj edərkən buna diqqət edin – XƏBƏRDARLIQ
Sürücülərin diqqət etmədiyi təhlükə: Avtobusla piyadaların arasında qalmaq – VİDEO
Sürücülər qəzalardan yayınmaq üçün nəyə hazır olmalıdır? – Mütəxəssis AÇIQLADI – VİDEO
Sürücünün düşüncə tərzi qəzaya səbəb ola bilərmi? – Mütəxəssis AÇIQLADI - VİDEO
Sürücülərin bu səhvləri avtomatik sürətlər qutusunu sıradan çıxarır - ARAŞDIRMA
Sürücülərin çoxu bu səhvi edir: İsti havada avtomobili necə düzgün soyutmaq olar?
"Dayanma" ilə "durma"nın fərqi nədir? – Mütəxəssisdən İZAH – VİDEO










