Tunellərin giriş-çıxışında bunları etməyin - Qəzaya düşə bilərsiniz - VİDEO

Sürücülərin qaydalara əməl etmədiyi yol sahələrindən biri də tunellərdir.
Avtosfer.az xəbər verir ki, qanunvericilikdə tunellərdə hərəkətlə bağlı qaydalar müəyyən edilsə də, çox təəssüf ki, əksər sürücülər buna əməl etmirlər.
Belə sürücülərdən birinin hərəkətləri kameraya düşüb. Videodan göründüyü kimi sürücü tunelin çıxışında sərt şəkildə ötmə edərək həm öz həyatını, həm də digər sürücülərin həyatını təhlükə altında qoyub.
Qanunvericiliyə görə, tunellərdə ötmə əməliyyatı birmənalı şəkildə qadağandır. Lakin bununla yanaşı sürücülərin diqqət edəcəyi başqa məqamlar da var. Belə ki, tunellərin giriş-çıxışlarında işıq effekti dəyişdiyi üçün sürücülər bu yol sahəsində daha diqqətli olmalı, əlavə manevrlər etməməli, o cümlədən sürət həddini aşmamalıdırlar.
Xüsusən yay aylarında gün işığı çox olduğundan işıqlı yol sahəsindən qaranlığa, o cümlədən də qaranlıq yol sahəsindən işıqlı yola çıxan zaman çox diqqətli olmalıdırlar. Əks halda etdiyiniz əlavə hərəkətlər sizi qəzaya sala bilər.
Fərid
Sürücü telefona baxdığı 2 saniyədə avtomobili nə qədər idarə edir? – VİDEO
Yağıntılı havada avtomobilin arxası sürüşərsə nə etmək lazımdır? - AÇIQLAMA
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT












