Turbokompressoru qorumağın ən ucuz yolu - FOTO

Azərbaycanlı sürücülər çox vaxt turbo mühərriklərdən uzaq durmağa çalışırlar. Lakin dövr dəyişir, əksər maşınlar turbo sistemə keçir. Dizel mühərriklərinin isə turbosuz modelini tapmaq demək olar mümkün deyil. 80-90-cı illərin maşınlarından fərqli olaraq indi turbonu sökmək olmur.
Avtosfer.az xəbər verir ki, turbokompressor mühərrikin bahalı və incə detallarından biridir. Ehtiyatlı idarəetmə zamanı bu element uzun müddət problemsiz işləyir. Sıradan çıxdıqda isə çox bahalı təmir tələb edir. Onu qorumağın asan və ciddi xərc tələb etməyən yolları var.
Turbokompressoru qorumağın ən birinci şərti keyfiyyətli yağ istifadə etmək və yağdəyişmə intervalını tezləşdirməkdir – maksimum 7 000 km.
Digər vacib məqam hava filtrini tez-tez dəyişməkdir. Nəzərə alaq ki, Bakı şəhəri çox tozlu zonada yerləşir, küçələrdə isə his çoxdur.
Üçüncü üsul radiatorun, interkulerin təmiz saxlanması və mühərrikin normadan artıq qızmasına yol verməməkdir.
Nəhayət, heç bir xərc tələb etməyən üsul budur: mühərriki qıza müddətə qızdırdıqdan sonra hərəkətə başlamaq, temperatur 80 dərəcə Selsiyə çatanadək nisbətən aşağı sürətlə hərəkət etmək, kəskin qaz verməmək. Nəzərə alaq ki, turbokompressor yuxarıda yerləşdiyi üçün yağın qatılığı az olduqda daha rahat yağlanır.
Nəhayət, sonuncu məqam. Uzun müddət intensiv hərəkətdən sonra mühərriki 2-3 dəqiqə aşağı dövrdə işlətmək. Bu zaman kompressor yaxşı yağlanaraq soyuya biləcək. Mühərrik söndürüldükdə turbokompressor bir müddət işləməyə davam edir. Bu zaman yağlama getmədiyi üçün həm sürtünmə artır, həm də əlavə istilik yükü yaranır. Mühərrik uzun müddət yerində işlədikdə də yağlanma pis getdiyi üçün turbokompressor zərər görür.
Vüqar
Bu ölkədə şagirdlərə qarşı fiziki gücdən istifadə qanuniləşdirilir
Dönmə zamanı bu səhv tıxaca səbəb olur: Sürücülərə XƏBƏRDARLIQ – VİDEO
Bu küçədə yaşıl işıq yanan kimi tələsməyin: Qəza riski var – VİDEO
Sığortası olmayan maşın qəzaya düşsə, cərimə oluna bilər? - İZAH - VİDEO
Vətəndaşlar COVID-19 pandemiyasından dərs götürməyib - HƏKİM
Xətai prospektində kəsişmənin yeni sxemi necə işləyir? – AÇIQLAMA - VİDEO
Nasazlıq səbəbindən parklanma yerində dayanmış avtomobilə görə ödəniş tələb oluna bilər? - VİDEO
Yük maşını dayanıbsa, yanından keçə bilərsən? – Çoxları bunu səhv edir
Yağışlı havada sürücülərin etdikləri bu səhv qəzaya səbəb ola bilər – XƏBƏRDARLIQ - VİDEO
Belə zolağı olan yollarda diqqətli olun: Cərimə oluna bilərsiniz - VİDEO
Yol polisi avtomobillərin təkərlərini yoxlamağa başlasa, bəziləri maşın sürməməlidir – EKSPERT - VİDEO













