Türkiyədəki dəmir yolu qəzasının 6 il çəkən məhkəməsi - FOTO

8 iyul 2018-ci ildə İstanbul-Halkalı marşrutu ilə hərəkət edən qatar relslərin qaçması nəticəsində qəzaya uğradı. Tarixə Çorlu qatar qəzası kimi düşən hadisədə 25 nəfər həlak oldu, 317 nəfər yaralandı.
Avtosfer.az xəbər verir ki, araşdırma zamanı qəzaya relslərin altındakı ballastın yağış nəticəsin də yuyulmasıl səbəb olub. Sözügedən ərazidə relslər döşəndikdən sonra yoxlama aparılmadığı da üzə çıxıb.
.jpg)
İşin maraqlı tərəfi məhkəmə prosesidir. Belə ki, hadisədən dərhal sonra qatarın maşinistləri saxlansa da, ictimai təzyiq nəticəsində onlara qarşı ittihamlar geri götürüldü. Prokurorluq maşinistlərlə yanaşı Türkiyə Dövlət Dəmir Yollarının yüksək vəzifəli şəxslərinə qarşı da cinayət təqibini dayandırdı. Qeydiyyat qurğuları maşinistlərin sürət rejiminə əməl etdiklərini göstərdi. Hadisə zamanı qatar 100 km/saat sürətlə hərəkət edirmiş. Faciə qurbanlarının yaxınlarının etirazı nəticəsində qəza ilə bağlı ekspert rəyi də rədd edildi.
Təxminən bir il sonra Türkiyə Dövlət Dəmir Yolları qəza ilə bağlı öz yekun rəyini açıqladı. Rəyə görə ballast döşənməsində qüsura yol verilib (inşaat tullantılarından istifadə edilib). Xətlər qırılmadığı üçün siqnalizasiya işə düşməyib. İqlim dəyişikliyi amili nəzərə alınmayıb, işlər meteorologiya xidməti ilə əlaqəli görülməyib. Ən əsası isə, bütün ölçmə və yoxlamalar köhnə metod və texniki vasitələrlə aparılıb.

6 il çəkən məhkəmə prosesində vəzifəli şəxslərə 8-21 il həbs cəzası tələb olunsa da, ən uzun cəza müddəti 17 il oldu. Məhkəmə bütün təqsirli şəxslərin daha əvvəl məhkum olunmadıqlarını əsas gətirdi. Cəza alanlar dəmir yolu xətlərinin tikintisi, təmiri və gündəlik qulluğuna məsul şəxslərdir.
Türkiyədə son 80 ildə baş verən 75 dəmir yolu qəzasında 600-dən çox adam ölüb, 2 minədək adam xəsarət alıb.
Vüqar

Lüks avtomobil almaq əvəzinə sürməyi öyrənin: Mütəxəssisdən sərt XƏBƏRDARLIQ - VİDEO
İnkişaf etmiş şəhərlər niyə ictimai nəqliyyata üstünlük verir? - Ekspert AÇIQLADI
Bayramda uzaq yola çıxanlara DYP-dən çağırış; bu qaydalara əməl edin - VİDEO
Yol vermək bəzi sürücüləri niyə qorxudur? – Mütəxəssisdən AÇIQLAMA - VİDEO
Torpaq sahələrindən səmərəsiz istifadə; Bakıda bu amil tıxaca səbəb olur? – EKSPERT
“Azərbaycanda sürücü piyadadan qorxur” – Mütəxəssisdən sərt AÇIQLAMA - VİDEO
Avtobus zolağı ilə hərəkətə hansı hallarda icazə verilir? – EKSPERT AÇIQLADI – VİDEO
Dayanma zamanı bu səhv ölümcül nəticələrə səbəb ola bilər – Mütəxəssisdən XƏBƏRDARLIQ - VİDEO
Dönmə və zolaq dəyişmədə sürücülər hansı səhvlərə yol verir? – MÜTƏXƏSSİS - VİDEO
Bakı küçələrindəki velosiped zolaqları nə işə yarayır? – RƏSMİ STATİSTİKA
İnkişaf etmiş ölkələrdə ictimai nəqliyyat şirkətləri gəlirlərini necə təmin edir? - ARAŞDIRMA










