Ürək xəstəliyi olan sürücülərin nəzərinə: Bunları bilməlisiniz

Yollarda sürücülərin ürəktutma, huşunu itirmə və s. kimi hallarda ciddi qəzalara səbəb olduğunu müşahidə etmişik. Bəs avtomobil hərəkətdə olarkən sürücü ürəyində ağrı hiss edirsə nə etməlidir?
Avtosfer.az-ın araşdırmasına görə, ürək nahiyəsində narahatlıq və ağrı hiss edən sürücülər ilk növbədə maşını saxlamaq üçün təhlükəsiz yer tapmalıdır. Bundan sonra qəza işıqlarını yandıraraq yolun kənarına və ya dayanacağa çəkilməlidir. Dayanıb, simptomlar qiymətləndirildikdən sonra, şiddətli sinə ağrısı, nəfəs darlığı, nizamsız ürək döyüntüsü, başgicəllənmə və ya zəiflik hiss olunarsa dərhal təcili yardım çağırılmalıdır.
Həmçinin təcili yardımı gözləyərkən sürücü sakitləşməli, yavaş və dərindən nəfəs almalıdır. Əgər onun ürəyində ağrı varsa, heç bir halda hərəkətə davam etməməlidir.
Qeyd edək ki, sürücünün hər hansı xəstəliyi üçün avtomobildə dərman saxlaması da vacib amildəndir.
Məhəbbət Tərlanoğlu
Sürücü telefona baxdığı 2 saniyədə avtomobili nə qədər idarə edir? – VİDEO
Yağıntılı havada avtomobilin arxası sürüşərsə nə etmək lazımdır? - AÇIQLAMA
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT












