Vakansiyalarda yaş və cins tələb kimi qoyula bilərmi? - Mütəxəssisdən açıqlama

Hər birimiz iş axtararkən həm sosial şəbəkələr, həm də elan saytlarında vakansiyaları izləyirik. Bu vakansiyalarda əməkdaş axtaran şirkət və müəssisələr tələb və istəklərini qeyd edirlər.
Hamısı da bir-birindən fərqli. İş elanlarında daha çox gözəçarpan və rast gəlinən tələblər isə yaş məhdudiyyəti və cinslə bağlıdır. Bəzi vətəndaşların vaxtaşırı bununla bağlı narazılıqlarını da görmək mümkündür. Bəs iş elanlarında bu cür tələblərin yerləşdirilməsi nə qədər doğrudur?

İnsan resursları üzrə mütəxəssis Röyal Əhmədov Avtosfer.az-a açıqlamasında bildirib ki, vakansiyalarda tələb edilən yaş və cinsin qeyd olunması vacibdir.
"Əksər hallarda şirkətlərin çoxu gənc kadr istəyirlər. Daha dəqiq 25-35 yaş arası şəxslərə üstünlük verirlər.

Düşünürlər ki, onların həm şəxsi keyfiyyəti, həm də yeniliklərə qarşı açıq olması ilə əlaqədar olaraq gənc kadrları daha çox tələb edirlər. Baxmayaraq ki, orta yaşlı və yaşlı nəsil müəyyən istiqamətlərdə gənc nəslə nisbətən daha çox məlumatlı olurlar, amma dünyanın texnologiya və digər sahələrdəki inkişafı ilə bağlı yeniliklərə elə də açıq deyillər. Onların şirkət üçün verəcəyi faydalar gənclərə nisbətdə daha aşağı olur. Buna görə vakansiyalarda yaş məsələsi mütləq şəkildə qeyd olunur. Həmçinin bu səbəbdən 40 yaşdan yuxarı vakansiyalar da çox azdır".

Cins məsələsinə gəldikdə isə mütəxəssis vurğulayıb ki, ağır sənaye sahələrinə tələb olunan namizədin cinsi önəmli rol oynayır.
"Bir çox şirkətlərin heyyətinin böyük bir qismi kişi işçilərdən ibarətdir. Belə bir mühitə qadın namizədin dəvət olunması uyğun bir korporativ mədəniyyət formalaşdırmır və yaxud da əksinə ancaq qadın işçi tələb olunur".
Hüquqşünaslar isə bu məsələdə daha fərqli düşünürlər. Əməkdaş axtaran iş yeri tələblərini özü təyin edə bilər, amma yaş və cins məhdudiyyəti diskriminasiya hesab olunur.
Səfər Əlizadə
Avtomobillərə qoyulan ucuz qiymətlə bağlı diqqətli olun – SÜRÜCÜLƏRƏ TÖVSİYƏ - VİDEO
Ötmə zamanı avtomobil bir tərəfinin boş olmasına diqqət edin – Sürücülərə TÖVSİYƏ - VİDEO
“Sürücü olmaq istəyənlər üçün təlimlər formal olmamalıdır” - EKSPERT
Maşını parkinqdən tərpədəndə diqqətli olun; qəza törədə bilərsiz – Sürücülərə TÖVSİYƏ - VİDEO
İllərdir cərimə meydançasında qalan maşınların taleyi necə olacaq – DYP və ekspertdən AÇIQLAMA
Ukrayna dairəsindəki xətlənmə cərimələrə səbəb olur - Sürücülərin DİQQƏTİNƏ - VİDEO
Bu şəxslər üçün ictimai nəqliyyatda güzəştlər ola bilər - VACİB AÇIQLAMA
Sürücülər zolaq dəyişərkən hansı səhvlərə yol verir? – MÜTƏXƏSSİS AÇIQLADI - VİDEO
Bu yollarda duman var
Avtomobildə dəm qazından ölüm niyə baş verir? - Bunları bilmək VACİBDİR - DİQQƏT - FOTO
Yol hərəkəti təhlükəsizliyində problemin kökü uşaqlıqdan başlayır – MÜTƏXƏSSİS - VİDEO











