Yanıb-sönən stop işıqları quraşdırmaq olar? - Qanun yalnız buna icazə verir - VİDEO

Avtomobillərin konstruksiyasına edilən dəyişikliklərdən biri də işıq cihazları ilə bağlıdır. Xüsusilə gənc sürücülər arasında avtomobillərin görünüşünü fərqləndirmək məqsədilə işıq sisteminə müdaxilə halları geniş yayılıb. Belə avtomobillərdən birinin görüntüsü kameraya qeyd olunub. Avtosfer.az xəbər verir ki, 77-AF-810 qeydiyyat nişanlı "Chevrolet" markalı avtomobilin sürücüsü əlavə olaraq sayrışan stop işığı quraşdırıb.
Qanunvericiliyə görə stop işıqlarına dəyişikliklər necə olmalıdır?
Avtomobilə əlavə stop işıq quraşdırmaq mümkündür, lakin bu, normativ tələblər çərçivəsində olmalıdır.
Avropa İqtisadi Komissiyasının stop işıqları ilə bağlı tələblərinə əsasən, mərkəzi stop işığı arxa şüşədə yerləşdirilməlidir. Lakin videogörüntüdə əks olunmuş avtomobilin əlavə stop işığı bamperin alt hissəsinə yerləşdirilib. Bununla yanaşı həm də yanıb-sönən rejimdə çalışır.
Standarta görə, avtomobillərdə sərt əyləci bildirən yanıb-sönən stop işıqları quraşdırmaq olar. Amma bu işıqlar yalnız qəfil və sərt əyləc zamanı aktiv olmalıdır.
Bu sistem yüksək sürətlə hərəkət edən nəqliyyat vasitələrinin qəza riskini azaltmaq üçün nəzərdə tutulub. Videogörüntüdə müşahidə olunan sayrışan stop işığı adi rejimdə işləyir. Yəni sürücü sərt əyləcə basmadan da işıq yanıb-sönür. Bu cür işıq quraşdıran sürücülər İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsilə 150 manat məbləğində cərimə oluna bilərlər.
Nərmin
Sürücü telefona baxdığı 2 saniyədə avtomobili nə qədər idarə edir? – VİDEO
Yağıntılı havada avtomobilin arxası sürüşərsə nə etmək lazımdır? - AÇIQLAMA
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT












