Yay aylarında kondisionerdən istifadə yanacaq sərfiyyatını artırır – SÜRÜCÜLƏRƏ XƏBƏRDARLIQ

İsti havalarda səyahət zamanı kondisionerdən istifadə sürücülərin ən çox maraqlandığı məsələlərdən biridir. Bir çox sürücü kondisionerin yanacaq sərfini artıracağını düşünür. Bu, tamamilə yanlış fikir olmasa da, kondisionerdən düzgün istifadə ilə yanacaq sərfiyyatını optimallaşdırmaq mümkündür.
Avtosfer.az xəbər verir ki, kondisionerin yanacaq sərfiyyatına təsiri bir neçə faktordan, havanın temperaturu, avtomobilin sürəti, mühərrik gücü və nəqliyyat vasitəsinin ümumi vəziyyətindən asılıdır.
Avtomobilin sürətindən və kondisionerdən asılı olaraq yanacaq sərfi: Müttəxəssislərin fikrincə, 70 kilometr-saatdan yuxarı sürətlə hərəkət edərkən kondisionerdən istifadə açıq pəncərələrlə müqayisədə daha qənaətcildir. Çünki açıq pəncərələr avtomobilin aerodinamikasına mənfi təsir edir və yanacaq sərfiyyatını 20%-ə qədər artırır. Bunun əksinə, sürət 70 kilometr-saatdan aşağı olduqda, açıq pəncərələr kondisionerdən daha az yanacaq sərf edir. Xüsusilə sıx tıxaclarda kondisionerin istifadəsi yanacaq sərfini 20%-ə qədər artıra bilər.
Avtomobil hərəkət etmədiyi halda kondisionerin işlədilməsi yanacaq sərfiyyatına necə təsir edir?
Uzun müddət hərəkətsiz vəziyyətdə avtomobili soyutmaq mühərrikin əlavə yük altında işləməsinə və yanacaq sərfiyyatının artmasına səbəb olur. Bu vəziyyətdə əvvəlcə pəncərələri açaraq daxili havanın dövriyyəsini təmin etmək, sonra kondisioneri işlətmək daha effektiv üsuldur. Əgər kondisioneri boş rejimdə işlətmək lazımdırsa, onu ən aşağı səviyyədə saxlamaq və pəncərələri bağlı saxlamaq tövsiyə olunur.

Avtomatik kondisionerlər yanacaq sərfiyyatına qənaət edirmi?
Avtomatik kondisionerlər mexaniki sistemlərə nisbətən daha qənaətcildir. Çünki onlar temperaturu sabit saxlayaraq, mühərrikə düşən yükü optimallaşdırır. Mexaniki kondisionerlərdə isə sürücülər bəzən sistemin gücünü tam açır və ya lazım olduqda söndürməyi unudur. Bu da yanacaq sərfini artırır. Avtomatik kondisionerlər mexaniki sistemlərlə müqayisədə 20-25% daha az yanacaq sərf edir.
Polen filteri və mühərrik gücünün kondisionerə təsiri: Kondisionerin effektiv işləməsi üçün polen filterinin təmiz olması vacibdir. Çirkli və ya köhnə polen filteri havanın dövranına mane olur və kondisionerin mühərrikə düşən yükünü artırır. Bunun nəticəsində yanacaq sərfiyyatı 5-10% arta bilər. Bundan əlavə, mühərrikin gücü də kondisionerin təsirini müəyyən edir. Məsələn, 1.3 litrlik mühərrik 1.6 litrlik mühərrikə nisbətən kondisioner işlədildikdə daha çox yük altına düşür və daha çox yanacaq sərf edir.
Sürücülər kondisionerdən istifadə zamanı yanacaq sərfini minimuma endirmək üçün bu məqamları nəzərə almalıdırlar. Daha qənaətcil səyahətlər üçün yanacaq sərfini optimallaşdıran sürücülük texnikalarına diqqət yetirmək tövsiyə olunur.
Eltac Zülfüqaroğlu
Lüks avtomobil almaq əvəzinə sürməyi öyrənin: Mütəxəssisdən sərt XƏBƏRDARLIQ - VİDEO
İnkişaf etmiş şəhərlər niyə ictimai nəqliyyata üstünlük verir? - Ekspert AÇIQLADI
Bayramda uzaq yola çıxanlara DYP-dən çağırış; bu qaydalara əməl edin - VİDEO
Yol vermək bəzi sürücüləri niyə qorxudur? – Mütəxəssisdən AÇIQLAMA - VİDEO
Torpaq sahələrindən səmərəsiz istifadə; Bakıda bu amil tıxaca səbəb olur? – EKSPERT
“Azərbaycanda sürücü piyadadan qorxur” – Mütəxəssisdən sərt AÇIQLAMA - VİDEO
Avtobus zolağı ilə hərəkətə hansı hallarda icazə verilir? – EKSPERT AÇIQLADI – VİDEO
Dayanma zamanı bu səhv ölümcül nəticələrə səbəb ola bilər – Mütəxəssisdən XƏBƏRDARLIQ - VİDEO
Dönmə və zolaq dəyişmədə sürücülər hansı səhvlərə yol verir? – MÜTƏXƏSSİS - VİDEO
Bakı küçələrindəki velosiped zolaqları nə işə yarayır? – RƏSMİ STATİSTİKA
İnkişaf etmiş ölkələrdə ictimai nəqliyyat şirkətləri gəlirlərini necə təmin edir? - ARAŞDIRMA








