Yayda sürücülər necə geyinməlidir? – 4 vacib qayda

Avtomobillə səyahət etməzdən əvvəl nə geyinmək lazımdır? İlk baxışdan bu sual çox da vacib görünmür. Ancaq sürücünün isti yay aylarında seçdiyi paltar və ayaqqabı çox şeyə təsir edə bilər.
Avtosfer.az xəbər verir ki, edilən hər hansı bir səhv sürücünün özünü pis hiss etməsinə və təhlükəli yol vəziyyətinə düşməsinə səbəb ola bilər.
Bəs, yayda avtomobil sürməyi planlaşdıran şəxs hansı qaydalara əməl etməlidir?
Sintetika
İsti günlərdə sintetik materialdan paltar geyinmək sürücü üçün məsləhət deyil. Belə şeylərdə avtomobili idarə edən şəxs daha çox tərləyəcək. Sintetik materiallı paltarlar bədənə yapışır. Hətta kondisioner də sizi xilas etməyəcək.
Bədən yaxşı nəfəs almalıdır
Kətan, pambıq materiallı geyimlər məsləhətdir. Bu vəziyyətdə sürücü mümkün qədər rahat olacaq.
Paltar boş olmalıdır
Hərəkətlərinizi məhdudlaşdırmayacaq şeylər seçməlisiniz.
“Vyetnamka” geyinməyin
Avtomobil sürücüsü səyahətə çıxmazdan əvvəl tərlik kimi ayaqqabılar geyinməməlidir. Belə ayaqqabılarla avtomobili idarə edən şəxs həm özünü, həm də sərnişinlərini təhlükə altına qoyur. Düzdür, yayda yüngül ayaqqabı geyinmək hər kəsin istəyidir. Ancaq çalışıb avtomobil idarə etməyə təhlükə yaratmayacaq ayaqqabılar səçəsiniz. Məsələn, mokasinlər və ya yüngül idman ayaqqabıları.
(lent.az)
Sürücü telefona baxdığı 2 saniyədə avtomobili nə qədər idarə edir? – VİDEO
Yağıntılı havada avtomobilin arxası sürüşərsə nə etmək lazımdır? - AÇIQLAMA
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT












