Yenicə sürücülük hüququ əldə edənlərin ən çox yol verdiyi səhvlər hansılardır? - ARAŞDIRMA

Sürücülük vəsiqəsini yeni alanlar üçün avtomobil idarə etmək həyəcanverici olduğu qədər çətin də ola bilər.
Avtosfer.az xəbər verir ki, təcrübəsiz sürücülər yol hərəkətində müəyyən səhvlərə yol verirlər ki, bu da bəzən təhlükəli vəziyyətin yaranmasına səbəb olur. Mütəxəssislər bildirirlər ki, zamanla təcrübə qazanıldıqda bu səhvlər azalır. Lakin təhlükəsiz sürüş üçün bəzi məqamlara xüsusi diqqət yetirmək vacibdir.
Sürücülərin ən çox yol verdiyi səhvlərdən biri dönmə işıqlarından istifadə qaydasına düzgün əməl etməməkdir. Bu, yol hərəkətində vacib ünsürlərdən biridir və sürücü qarşıdakı və ya arxadakı avtomobillərə öz niyyətlərini əvvəlcədən bildirməlidirlər. Lakin sürücülər bəzən dönmə işıqlarından istifadə etməyi unudur və ya onu son anda işə salırlar. Bu isə digər sürücüləri kəskin manevrlərə məcbur edir.
Bundan başqa, avtomatik transmissiyalı avtomobillərdə iki ayaqla sürmək təhlükəli vərdişlərdən biridir. Bəzi sürücülər bu halın daha rahat olduğunu düşünsələr də, bu üsul əyləc və qaz pedalını səhv salma ehtimalını artırır. Araşdırmalara görə, bu cür səhvlər səbəbindən qəza hadisələri baş verib. Mütəxəssislər avtomatik ötürücülü avtomobillərin yalnız sağ ayaqla idarə edilməsini tövsiyə edirlər.

Digər bir yayılmış səhv isə arxadan gələn avtomobilin səs siqnalı və ya faralarla xəbərdarlıq etməsinə ifrat reaksiya verməkdir. Təcrübəsiz sürücülər belə hallarda panikaya düşə bilər və tələsik qərarlar qəbul edə bilərlər. Mütəxəssislər sürücülərə həmişə sakit qalmağı və arxadakı nəqliyyat vasitəsinin hərəkətinə uyğun tədbir görməyi tövsiyə edirlər.
Şinlərdə hava təzyiqini yoxlamamaq da sürücülərin laqeyd yanaşdığı məsələlərdən biridir. Halbuki yola çıxmazdan əvvəl təkərlərin vəziyyətini səthi də olsa yoxlamaq təhlükəsiz sürüş üçün vacibdir. Aşağı hava təzyiqi və ya nasaz təkərlər qəza riskini artırır.
Dar yollar və qarşıdan gələn nəqliyyat vasitələri ilə toqquşmaq qorxusu da təcrübəsiz sürücülərin qarşılaşdığı problemlərdəndir. Belə hallarda ən doğru davranış qarşıdakı avtomobilin hərəkət istiqamətini izləmək və lazım gələrsə, maşını yavaşladıb bir qədər sağa çəkməkdir. Əgər qarşı tərəf rahatlıqla keçə bilirsə, sizin də keçmək imkanınız var. Lakin avtomobilinizin qabariti böyükdürsə və qarşı tərəflə məsafə daralırsa, daha diqqətli olmaq tövsiyə edilir.
Mütəxəssislər yeni sürücülərə soyuqqanlı olmağı, yol hərəkəti qaydalarına ciddi əməl etməyi və tələskənlikdən uzaq durmağı tövsiyə edirlər. Unutmayın ki, yol hərəkətində diqqətli olmaq həm sizin, həm də digər yol hərəkəti iştirakçılarının təhlükəsizliyi üçün vacibdir.
Eltac Zülfüqaroğlu
Gələcəyin nəqliyyat mühəndisi təkcə layihə çəkməyi bacarmamalıdır - EKSPERT
Yol kənarındakı bu maneələr qəza riskini artırır – MÜTƏXƏSSİS - VİDEO
Körpü və tunellərdə qəza riskindən necə qorunmaq olar? – MÜTƏXƏSSİS – VİDEO
Narkoman sürücülər ARTIR – HƏBS çarəmi?
Dəmir yolu keçidlərində səhv edən sürücü və piyadaları nə gözləyir? – Qaydalar pozulur və...
Qısaboylu adamların ön oturacaqda oturması qadağandır? - QANUNLA BELƏDİR - VİDEO
Qəza riskini artıran yanlış davranış: sola dönərkən bunu etməyin – VİDEO
Avtobusların yanından keçərkən bunu etməyin - Mütəxəssisdən sürücülərə XƏBƏRDARLIQ – VİDEO
Azərbaycanda ən çox hansı avtomobillər alınır? – ARAŞDIRMA
Səki problemi şəhərin gələcəyinə necə təsir edir? – Ekspert AÇIQLADI – VİDEO
Bu zolaqlarda hərəkət edərkən diqqətli olun – MÜTƏXƏSSİS – VİDEO










