Yolda belə hal baş verən kimi mütləq dayanın: Cəriməsi 3 bal 100 manat oldu - VİDEO

Yolayırıcının keçilməsi ilə bağlı qaydalara əksər sürücülər təəssüf ki, hələ də əməl etmirlər. Bəzi sürücülər isə bu qaydalardan xəbərsizdirlər.
"Yol hərəkəti haqqında" qanunda qeyd olunub ki, əgər yolayrıcında və ya hərəkət hissələrinin kəsişməsində tıxac yaranıbsa və bu sürücünü dayanmağa məcbur edərək digər nəqliyyat vasitələrinin hərəkəti üçün maneə yaradacaqsa, sürücünün belə yolayrıcına və ya kəsişmə yerlərinə girməsi qadağandır.
Təqdim etdiyimiz videogörüntünü qeydə alan sürücü yolayrıcından o tayda tıxac olduğunu görərək dayanır və qarşıdan sola dönən sürücülərə yol verir. Bunu etməklə yolda yarana biləcək tıxacın qarşısını almış oldu. Lakin o, yolayrına daxil olsaydı həm özü orada qalacaqdı, həm də qarşı tərəfin yolunu kəsmiş olacaqdı.
Qanunvericilikdə bu hərəkətin törədilməsinə görə cərimə də nəzərdə tutulub. Belə ki, əvvəllər 3 bal 80 manat olan cərimə məbləği, edilmiş son dəyişiklikdən sonra 3 bal 100 manat məbləğində müəyyən edilib.
Könül Rauf
Sürücü telefona baxdığı 2 saniyədə avtomobili nə qədər idarə edir? – VİDEO
Yağıntılı havada avtomobilin arxası sürüşərsə nə etmək lazımdır? - AÇIQLAMA
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT












