Zelenskinin arvadının 4 milyonluq avtomobili YALANI

Ötən gün Azərbaycan mediasında belə bir xəbər ildırım sürəti ilə yayıldı: Ukrayna Prezidenti Volodimir Zelenskinin arvadı 4,5 milyon avroya “Bugatti Tourbillon” avtomobili alıb. Avtomobildən cəmi 250 ədəd istehsal ediləcək və s.
Bu xəbəri dost-tanış mənə göstərəndə yoxlamaq qərarına gəldim: məlum oldu ki, fransız mediasında belə bir xəbər yer almayıb. Əksinə, Fransa mətbuatı sosial şəbəkədə yayılan xəbərin feyk olduğunu aşkara çıxarıb. Məlum olub ki, bir parisli gənc “deep fake” texnologiyası ilə video hazırlayaraq özünü “Bugatti” zavodunun mühəndisi kimi təqdim edib və guya ödəniş qəbzini də göstərib. Videoya diqqətlə baxdıqda yalan olduğu üzə çıxır.
Ən əsası isə “mühəndisin” təqdim etdiyi qəbzdir. Sənəddə pul vahidi göstərilməyib, firmanın rekvizitləri yoxdur. Fransa qanunvericiliyi belə bir sənədi qanunsuz hesab edir.
“Bugatti” zavoduna və muzeyinə bir neçə dəfə baş çəkdiyim üçün belə bir iş metodunun elzaslı istehsalçıya uyğun olmadığını bilirəm. Zavod özü də xəbəri təkzib edib.
Belə bir xəbərin yayılma səbəblərinə gəlincə: təəssüf ki, jurnalistlərimizin əksəriyyəti xarici dil bilmədikləri üçün yeganə əlçatan mənbə türk, qismən də rusdilli saytlardır. Hərçənd ki, bu mənbələrdən istifadə edərək hazırlanan xəbərlər də qüsurdan xali deyil. Digər tərəfdən, xəbər bir saytda yayılan kimi digərləri bunu olduğu kimi “kopyalayır”, ya da oxşar xəbər yazır. Nəticədə, yalan ayaq tutub yeriyir.
Vüqar
Sürücü telefona baxdığı 2 saniyədə avtomobili nə qədər idarə edir? – VİDEO
Yağıntılı havada avtomobilin arxası sürüşərsə nə etmək lazımdır? - AÇIQLAMA
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT












