AYNA-nın parkinqdə yazdığı cərimələr ödənməlidir? – EKSPERTDƏN AÇIQLAMA - VİDEO

Bəzi məhkəmələr Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) yazdığı cərimələrlə bağlı xitam qərarı çıxarır.
Avtosfer.az xəbər verir ki, son dövrlər sürücülərə İnzibati Xətalar Məcəlləsinin 346-1.1-ci maddəsi ilə əlaqəli qayda pozuntuları ilə bağlı AYNA-nın yazdığı cərimələr bəzi hallarda məhkəmələr tərəfindən xitam edilir. Səbəb kimi isə onu göstərirlər ki, protokolların əvvəlinə BNA122452 yazılır.
Yəni Bakı Nəqliyyat Agentliyi ləğv edilsə də protokolun əvvəlinə BNA yazılması doğru deyil və BNA da ləğv edildiyi üçün AYNA düzgün iş görmür. Amma məsələ burasındadır ki, AYNA BNA-nın bazasında yaradılıb və onun səlahiyyətlərini özündə əks etdirir.
Nəqliyyat ekpserti Elməddin Muradlı bildirib ki, məhkəmələrin çıxardığı bir neçə xitam qərarından sonra yuxarı instansiya məhkəməsi məsələyə aydınlıq gətirib:
“Məhkəmələr buna istinad edir ki, yazılan cərimələrdə BNA və ardınca rəqəmlər yazılır və Bakı Nəqliyyat Agentliyi isə ləğv edilib. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin də cərimə yazmaq kimi səlahiyyəti yoxdur. Lakin Apellyasiya Məhkəməsi daha yuxarı instansiyalara müraciət edərək belə bir rəy verib ki, AYNA cərimələri düzgün yazır və Bakı Nəqliyyat Agentliyi ləğv erdildikdən sonra onun əsasında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi formalaşıb, yəni onun bazasında. İnzibati Xətalar Məcəlləsinə bu mövzuda dəyişiklik edilməsi ilə bağlı məsələ parlamentdə müzakirə edilib və 3-cü oxunuşdan keçib. Nəzərə almaq lazımdır ki, İnzibati Xətalar Məcəlləsinin 346-1.1-ci maddəsinin tələbini pozan, yəni parklanma yerində ödəniş etmədən, yaxud da nəzərdə tutulmuş müddətdə parklanmaya görə əlavə ödəniş etmədən parklanma yerini tərk edən sürücü 10 manat məbləğində cərimələnir. Məcəlləyə edilən yeni dəyişiklikdə isə bu məbləğ 20 manat olacaq. Bu qanun parlamentin iclasında qəbul edilib, lakin hələ təsdiqlənməyib. Prezidentin təsdiqi ilə qərar qüvvəyə minəcək”.
Ekspert sonda onu da vurğulayıb ki, məsələ ilə bağlı bəzi hüquqşünaslar məhkəmələrə müraciət edərək hətta bəzi məqamlarda qalib gəliblər. Lakin sonradan məsələyə aydınlıq gətirilib və qərara alınıb ki, AYNA tərəfindən yazılan cərimələri ödəmək lazımdır. Yəni AYNA-nın müraciətindən sonra yuxarı instansiya məhkəməsi bu cərimələrin düzgün yazıldığını bəyan edib.
Səfər Əlizadə
Yenidən yol hərəkəti qaydalarını pozmaqla gündəmə gəldi - VİDEO
"Tofaş" sürücüsü narkoman çıxdı; məhkəmə HƏBS VERDİ - FOTO
Bakıda piyadanın həyatını təhlükəyə atan sürücü barədə tədbir görüldü - VİDEO
Səbirsiz sürücülər əks yola çıxıb təhlükə yaratdılar – 77-TY-381 və 90-DA-100 - VİDEO
Yaşayış kompleksində sürücülük dərsi keçən təlimçi özünə haqq qazandırdı - VİDEO
Maşının ön farasına müdaxilə edən bu sürücünü 150 manat cərimə gözləyir - VİDEO
Maşını piyada keçidinin qabağında saxlayıb təhlükə yaratdı - 99-LK-176 - FOTO
Sürücülük vəsiqəsi yoxdur; narkotikin təsiri altında maşın sürür - VİDEO
Motosikleti maşınların üzərinə sürən Amin Məmmədov saxlanıldı - VİDEO - YENİLƏNİB
Motosikleti “protiv” sürüb yolda hamıya təhlükə yaratdı - VİDEO
Abşeronda REYD: Yol polisi bir gündə 122 motoxuliqanı SAXLADI - VİDEO










