Bahalı avtomobillərin sahibləri şəhərin mərkəzində qaydaları pozdu - 99-RS-097- 10-YY-202 - FOTO

Paytaxtda sürücülər kobud qayda pozuntularına yol verməyə davam edir.
Avtosfer.az xəbər verir ki, Bakının Yasamal rayonu Bəsti Bağırova küçəsində 99-RS-097 qeydiyyat nişanlı "BMW" markalı avtomobilin sürücüsü piyadaların hərəkəti üçün nəzərdə tutulmuş piyada keçidinin - "zebra"nın üzərində saxlamaqla hərəkətə maneə yaradıb.
Digər qayda pozuntusunda isə 10-YY-202 qeydiyyat nişanlı "Mercedes-GLS" markalı avtomobilin idarəçisi maşını parklanmaya görə ödənişdən yayınmaq üçün yolun hərəkətin digər iştirakçılarına maneə olub.
Sürücülərin bu cür davranışı ərazidən istifadə edən piyadaların və digər nəqliyyat istifadəçilərinin narazılığına səbəb olub.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis baş leytenantı Rüstəm Əhmədli Avtosfer.az-a bildirilib ki, hər iki sürücü barəsində inzibati qaydada protokol tərtib olunub.
Könül Rauf
Sıxlığı görən sürücü əks yola çıxıb yük maşınının yolunu kəsdi - VİDEO
Maşınını blokun girişində saxlayan qadın hamının yolunu kəsdi - VİDEO
Bakıda tuneldə qəza riski: Sürücülər xəbərdarlıq nişanını unutdu - VİDEO
Narkotikin təsiri altında avtoxuliqanlıq edən sürücü 45 sutka HƏBS EDİLDİ - VİDEO
Qırmızı işıqda gözləməyə səbri çatmayan sürücü yolayrıcında təhlükə yaratdı - VİDEO
Təhlükəsizlik adacığını parkinq yeri ilə səhv salan sürücü – 99-QR-260 - VİDEO
Yaşıl işıqda hərəkət edən sürücü hansı halda qaydanı pozmuş sayılır? – VİDEO
Maşını ilə yolu kəsdi, uşağı ilə də özünü avtomobilin önünə atıb qorxulu anlar yaşatdı - VİDEO
Keçiddə yol verən maşını görsə də dayanmayıb piyadaya təhlükə yaratdı - VİDEO
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO
















