Bahalı avtomobillərlə avtoşluq edənlər barədə RƏSMİ AÇIQLAMA - VİDEO - YENİLƏNİB

"Bakıda sürücülərin bahalı avtomobillərini yarışdırmasına dair yayılan videogörüntülər polis tərəfindən araşdırılıb".
Avtosfer.az xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Toğrul Nəsirli bildirib.
O qeyd edib ki, sosial şəbəkədə videogörüntüylə bağlı araşdırma aparılıb:
"Sözügedən məsələnin ötən ilin avqust ayında qeydə alındığı məlum olub və sürücülər barəsində qanunamüvafiq tədbirlər görülüb".
Xatırladaq ki, bir neçə gün əvvəl Bakıda sürücülərin bahalı avtomobillərini yarışdırmasına dair videgörüntüləri sosial şəbəkələrdə müzakirə mövzusu olmuşdu.
***
avqust 31, 12:18
Bakıda sürücülərin bahalı avtomobillərini yarışdırmasına dair görüntülər polis tərəfindən araşdırılır.
Avtosfer.az xəbər verir ki, açıqlamanı Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimai qurumlarla əlaqə bölməsinin rəisi, polis kapitanı Toğrul Nəsirli verib:
"Sosial şəbəkədə yayılmış videogörüntü ilə əlaqədar hazırda Sabunçu rayon Polis İdarəsinin Dövlət Yol Polisi şöbəsində araşdırma aparılır".
***
Bakıda sürücülər bahalı avtomobillərini yarışdırıblar.
Avtosfer.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə paylaşılıb.
Belə ki, "Range Rover" və digər bahalı avtomobil markalarının sürücüləri ötmə əməliyyatı edərək yollardakı hərəkət iştirakçıları üçün təhlükə yaradıblar.
Həmin görüntüləri təqdim edirik:
(oxu.az)
Qaydalardan bixəbər sürücü yolda “hoqqa” verdi - 99-AR-080 - VİDEO
Motosikletin yolunu kəsən evakuator sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Əks yola çıxıb qarşıdan gələn maşının yoluna girdilər - VİDEO
Bu yolda belə etməyin: Qayda pozanlar cərimələnir - VİDEO
Göz görə-görə velosipedçini sıxışdırıb təhlükəli anlar yaşatdı - VİDEO
Sumqayıtdakı bu dairə sürücüləri çaşdırır; qaydalar nə deyir? - VİDEO
Ona yol verməyən sürücüdən belə qisas aldı, ardınca isə… - 99-TL-953 - VİDEO
Qarşıdan gələn maşının yoluna qəfil çıxıb təhlükəli anlar yaşatdı - VİDEO
M4 sağ zolaqdan düz getdi: Qayda pozuntusudur, yoxsa avtobuslara icazə verilir? - VİDEO
Skuterlə yolayrıcına necə gəldi girib qəza təhlükəsi yaratdı - VİDEO
Aeroport yolunda yük avtomobili TƏHLÜKƏ SAÇDI - VİDEO - YENİLƏNİB











