Bakıda avtobus dayanacağında bazar açan sürücü cərimələndi - FOTOLAR

Nizami rayon Dövlət Yol Polisi Şöbəsindən Avtosfer.az-a bildirilib ki, həmin sürücü barəsində 40 manat cərimə tətbiq edilib və nəqliyyat vasitəsi DYP əməkdaşları tərəfindən ərazidən götürülüb.
***
Bakıda dayanma-durma qaydasını pozan sürücü barəsində oxuculardan biri redaksiyamızın qaynar xəttinə şikayət ünvanlayıb. Avtosfer.az xəbər verir ki, fotoşəkillər Nizami rayonu Azər Manafov küçəsində (Qara qarayev metrosunun yaxınlığında) qeydə alınıb. Belə ki, "Qazel" markalı avtomobilin sürücüsü sözügedən küçədə avtobus dayanacağını zəbt edərək qarpız-yemiş satır. Oxucu bildirir ki, artıq 1 aydan çoxdur ki, həmin sürücü dayanacağı zəbt edərək bazara çevirib. Qeydiyyat nişanlarını isə çıxararaq məsuliyyətdən yayınmağa çalışıb.
Sözügedən fotoları təqdim edirik:
Könül Rauf
Sıxlığı görən sürücü əks yola çıxıb yük maşınının yolunu kəsdi - VİDEO
Maşınını blokun girişində saxlayan qadın hamının yolunu kəsdi - VİDEO
Bakıda tuneldə qəza riski: Sürücülər xəbərdarlıq nişanını unutdu - VİDEO
Narkotikin təsiri altında avtoxuliqanlıq edən sürücü 45 sutka HƏBS EDİLDİ - VİDEO
Qırmızı işıqda gözləməyə səbri çatmayan sürücü yolayrıcında təhlükə yaratdı - VİDEO
Təhlükəsizlik adacığını parkinq yeri ilə səhv salan sürücü – 99-QR-260 - VİDEO
Yaşıl işıqda hərəkət edən sürücü hansı halda qaydanı pozmuş sayılır? – VİDEO
Maşını ilə yolu kəsdi, uşağı ilə də özünü avtomobilin önünə atıb qorxulu anlar yaşatdı - VİDEO
Keçiddə yol verən maşını görsə də dayanmayıb piyadaya təhlükə yaratdı - VİDEO
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO














