Bakıda çəkilən bu zolaqlara digər sürücülər də daxil ola bilər - CƏRİMƏ YAZILMAYACAQ - VİDEO

Son günlər İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklərdən sonra sürücülərin dəfələrlə bu məsələ ilə əlaqədar maarifləndirilməsinə baxmayaraq, hələ də yeni cərimə və qaydalardan xəbərsiz olan şəxslərin olması təəssüf doğurur.
Avtosfer.az xəbər verir ki, mövzu ilə əlaqədar nəqliyyat eksperti Elməddin Muradlı sosial şəbəkələrdə canlı yayımdaykən sürücüləri narahat edən məsələrlə bağlı danışıb. O bildirib ki, İnzibati Xətalar Məcəlləsinin 346.4-346.9-cu maddələrinin hər birini pozan sürücülər müəyyən məbləğdə və əlavə olaraq balla cərimələnə bilərlər.
“Burda söhbət 346.4-cü maddədən gedir, yəni ikinci cərgədə parklamağa görə 80 manat və 2 bal cərimə ediləcəklər. Əvvəllər bu maddəyə görə sürücülər sadəcə 20 manat cərimələnirdilər. Sonra ikinci cərgəni fərqləndirmək üçün əlavə maddə yazıldı.
Yol ayrıcına 5 metr qalmış avtomobili parkladığınıza görə görüntünü məhdudlaşdırmış olursuz və digər hərəkət iştirakçılarına maneə yaradırsız. Ona görə də 40 manat məbləğində cərimələnə bilərsiz”.
Elməddin Muradlı həmçinin COP29-la bağlı çəkilən zolaqlar mövzusuna da toxunub. O bildirib ki, artıq bir neçə gündür bu məsələ ilə bağlı araşdırma aparır.
“COP29 komandası bu mövzuda açıqlama verdi. Bu açıqlamada vacib bir cümlə vardı. Burada qeyd olunurdu ki, həmin zolaqlar, avtobus zolaqlarından heç nə ilə fərqlənmir. Sürücüləri çaşdıran məsələ ondan ibarət idi ki, avtobus zolağı ilə fərqlənməyən, girişi və çıxışı olan, üzərində sadəcə COP29 yazılan və embelm çəkilən zolaqda yalnız avtobusların hərəkətinə icazə veriləcək? COP29 komandasının yaydığı məlumatda qeyd olunur ki, yol nişanları quraşdırılana qədər həmin zolaqdan həm avtobuslar, həm də digər nəqliyyat vasitələri istifadə edilə bilər. Bununla bağlı heç bir cərimə yazılmayacaq. Mən Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin rəhbərliyi ilə də danışmışam, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin rəhbər şəxslərinin biri ilə də əlaqə saxlamışam, o da bildirdi ki, biz artıq məlumatlıyıq, hansısa cərimə yazılmayacaq.

Bizim ofisimiz Statistika dairəsi yaxınlığında yerləşir. Nəriman Nərimanovun heykəlinin yaxınlığında təxminən 200-300 metr məsafədə həmin COP29 zolağı ayrıılıb. Cəmi 2 zolaq həmin dairə istiqamətində hərəkət edir və mən də bu küçə ilə irəliləyirəm. Mən daxil oldum həmin zolağa, hətta aşağı sürətlə sürürəm ki, digər sürücülər də baxar, yaranan sıxlıq bitər. Yaxşı tərəfi odur ki, avtobus zolaqlarından sürücülərin gözü elə qorxub ki, nə zolağa daxil olurlar, nə də avtomobil saxlayırlar”.
Daha sonra Elməddin Muradlı izləyicilərin rəylərdə yazdığı sualları cavablayıb.
Həmin canlı yayımın görüntülərini sizə təqdim edirik:
Səfər
Zağulba yolunda velosiped zolağını parkinqə çevirdilər – ETİRAZ - VİDEO
Bakıda sürücü təcili yardımın arxasına sığınıb qaydaları pozdu - VİDEO
Bakıda "qırmızı"da keçən avtomobil zəncirvari qəza törətdi - ANBAAN VİDEO
Əks yolda ötmə edən sürücü qarşıdan gələn maşını yoldan çıxartdı - VİDEO
Qəza zamanı avtomobili yerindən tərpətmək olar, yoxsa yox? – Ekspert AÇIQLADI - VİDEO
Bakı-Sumqayıt yolunda tıxac necə yaranır? - VİDEO
Piyada keçidində yol vermək üstündə mübahisə: “Sən niyə dayanmısan?” - VİDEO
Sədərək yolunda qayda pozan sürücü özündən çıxdı: Hələ qapını açıb… - VİDEO
Sürücü eyni anda 2 qayda pozdu: Sağdan gəlib qırmızıda keçdi - VİDEO
Sürücünün yola atdığı közərmiş siqaret kötüyü motosikletçinin üzərinə düşdü - VİDEO
Qırıq xətti qoyub bütöv xətdə 2 dəfə ötmə edərək təhlükə yaratdı - 90-NO-151 - VİDEO










