Bir neçə saniyə qabağa düşmək istəyən sürücü görün necə təhlükə yaratdı - VİDEO

Paytaxtın Nəsimi rayonu Rəşid Behbudov küçəsində qayda pozan sürücü kameraya düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə sentyabrın 26-da saat 08:56 radələrində qeydə alınıb. Hərəkətdə olan 99-HR-172 dövlət nömrə nişanlı “KIA Rio” markalı avtomobilin sürücüsü manevr qaydasını pozub. Belə ki, o, qəflətən sol zolağa keçid edib və arxadan gələn maşına qəza riski yaradıb. Xoşbəxtlikdən təhlükəylə üzləşən sürücü peşəkarlıq göstərərək vaxtında ən sol zolağa manevr edib. Ardınca isə o, əsəbiləşərək qayda pozan sürücüyə “nə edirsən?” deyə sual verib. Lakin sürücü ona əhəmiyyət vermədən yoluna davam edib.
Qeyd edək ki, “Yol hərəkəti haqqında” qanunun 42-ci maddəsinə əsasən, sürücü zolağını dəyişdiyi zaman eyni istiqamətdə gedən avtomobillərə yol verməlidir.
Nərmin
Qaydalardan bixəbər sürücü yolda “hoqqa” verdi - 99-AR-080 - VİDEO
Motosikletin yolunu kəsən evakuator sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Əks yola çıxıb qarşıdan gələn maşının yoluna girdilər - VİDEO
Bu yolda belə etməyin: Qayda pozanlar cərimələnir - VİDEO
Göz görə-görə velosipedçini sıxışdırıb təhlükəli anlar yaşatdı - VİDEO
Sumqayıtdakı bu dairə sürücüləri çaşdırır; qaydalar nə deyir? - VİDEO
Ona yol verməyən sürücüdən belə qisas aldı, ardınca isə… - 99-TL-953 - VİDEO
Qarşıdan gələn maşının yoluna qəfil çıxıb təhlükəli anlar yaşatdı - VİDEO
M4 sağ zolaqdan düz getdi: Qayda pozuntusudur, yoxsa avtobuslara icazə verilir? - VİDEO
Skuterlə yolayrıcına necə gəldi girib qəza təhlükəsi yaratdı - VİDEO
Aeroport yolunda yük avtomobili TƏHLÜKƏ SAÇDI - VİDEO - YENİLƏNİB











