Cərimələnən məmur özünə haqq qazandırıb səhv etdi: "Belə yol nişanı yoxdur" - VİDEO

Bir müddət əvvəl paytaxtın Ağa Nemətulla küçəsində geriyə dönən sürücülərin cərimələnməsi ilə bağlı məlumat yaymışdıq. Quraşdırılmış yol nişanının tələbinə məhəl qoyulmadığı üçün Dövlət Yol Polisi İdarəsi kamera vasitəsilə qayda pozan sürücüləri məsuliyyətə cəlb etməyə başladı. Lakin bu cərimələr bəzi sürücülərdə narazılıq yaradıb. Avtosfer.az xəbər verir ki, həmin sürücülərdən biri Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyəti sədrinin müşaviri Zaur Qardaşovdur. O, sözügedən ərazidən videogörüntü çəkərək sosial şəbəkə hesabında paylaşıb.
Z.Qardaşov məlumatverici nişanın ağac arxasında gizləndiyini əsas gətirərək cərimənin düzgün yazılmadığını iddia edir. Doğrudur, həmin nişan kifayət edəcək məsafədən görünmür. Lakin bu o demək deyil ki, yazılmış cərimələr əsassızdır. Çünki həmin nişandan sonra açıq yerdə düzünə və sağa hərəkəti bildirən nişan quraşdırılıb. Həmin nişan aydın şəkildə göründüyü üçün sürücülər oradan yalnız düzünə və sağa hərəkət edə bilər. Qayda pozan sürücülərin heç biri məcburedici nişana baxmadığı üçün cərimələnirlər.
Videogörüntünü qeydə alan sürücü Zaur Qardaşov bildirir ki, ağac arxasında qalan məlumatverici nişan beynəlxalq təcrübədə yoxdur.
Qeyd edək ki, sürücünün tanımadığı həmin nişan 5.20.3 hərəkət sxemi nişanıdır. Bu nişan yolayrıcında ayrı-ayrı istiqamətlərdə hərəkətin qadağan olunduğu hallarda buna zərurət olduqda hərəkət marşrutunu göstərmək üçün, habelə mürəkkəb plana malik yolayrıcında icazə verilən hərəkət istiqamətini göstərmək üçün tətbiq olunur.
Odur ki, həmin yolayrıcında yazılmış cərimələr tam əsaslıdır. Sürücülər nişanda göstərilmiş istiqamətlər üzrə hərəkət etsələr məsuliyyətə cəlb edilməzlər.
Fərid
Sıxlığı görən sürücü əks yola çıxıb yük maşınının yolunu kəsdi - VİDEO
Maşınını blokun girişində saxlayan qadın hamının yolunu kəsdi - VİDEO
Bakıda tuneldə qəza riski: Sürücülər xəbərdarlıq nişanını unutdu - VİDEO
Narkotikin təsiri altında avtoxuliqanlıq edən sürücü 45 sutka HƏBS EDİLDİ - VİDEO
Qırmızı işıqda gözləməyə səbri çatmayan sürücü yolayrıcında təhlükə yaratdı - VİDEO
Təhlükəsizlik adacığını parkinq yeri ilə səhv salan sürücü – 99-QR-260 - VİDEO
Yaşıl işıqda hərəkət edən sürücü hansı halda qaydanı pozmuş sayılır? – VİDEO
Maşını ilə yolu kəsdi, uşağı ilə də özünü avtomobilin önünə atıb qorxulu anlar yaşatdı - VİDEO
Keçiddə yol verən maşını görsə də dayanmayıb piyadaya təhlükə yaratdı - VİDEO
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO












