Cərimələr artırılsa da sürücülər hələ də avtobus zolağına niyə girir? – VİDEO

Bakı küçələrində avtobus zolaqları ilə bağlı növbəti maarifləndici tədbirlər keçirilib.
Avtosfer.az xəbər verir ki, iyulun 31-də Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi tərəfindən paytaxtın Nizmai, Xətai, Yasamal və Nəsimi rayonlarında təşkil edilən tədbirlər zamanı avtobus zolağında hərəkət etmə və dayanmağa görə saxlanan sürüclərlə profilaktik söhbətlər aparılıb.

Paytaxtın Nəsimi rayonu, Füzuli küçəsində DYP əməkdaşları qayda pozan sürücülərlərlə maarifləndirici söhbət aparıb. Saxlanlan hərəkət iştirakçısı zolaqla bağlı məlumatsız olduğunu bildirib. Başqa bir sürücü isə qaydanı pozmasını sərnişin düşürməsi ilə əlaqələndirib.
Zivərbəy Əhmədbəyov küçəsində də avtobus zolaqlarının məşğul edilməsi ilə bağlı anoloji hallar yaşanıb. Yol polisinin xidməti avtomobilinin yaxınlaşdığını görən sürücülər uzaqlaşmağa çalışıblar.
Rəşid Behbudov küçəsində taksi və su şirkətlərindən birinə məxsus avtomobilin sürücüsünə avtobus zolağında dayandığına görə İnzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsina əsasən 2 bal və 100 manat cərimələnə biləcəkləri ilə əlaqədar məlumat verilib.

Qeyd edək ki, maarifləndirici tədbir zamanı saxlanılan sürücülərə inzibati protokol tərtib edilməyib. Onlara yalnız avtobus zolaqlarında hərəkətin və dayanmanın qadağan olunması ilə bağlı xəbərdarlıq edilib.
Səfər Əlizadə
Yolunu qısaltmaq istəyən sürücü kobud qayda pozdu - VİDEO
Qaydalardan bixəbər sürücü yolda “hoqqa” verdi - 99-AR-080 - VİDEO
Motosikletin yolunu kəsən evakuator sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Əks yola çıxıb qarşıdan gələn maşının yoluna girdilər - VİDEO
Bu yolda belə etməyin: Qayda pozanlar cərimələnir - VİDEO
Göz görə-görə velosipedçini sıxışdırıb təhlükəli anlar yaşatdı - VİDEO
Sumqayıtdakı bu dairə sürücüləri çaşdırır; qaydalar nə deyir? - VİDEO
Ona yol verməyən sürücüdən belə qisas aldı, ardınca isə… - 99-TL-953 - VİDEO
Qarşıdan gələn maşının yoluna qəfil çıxıb təhlükəli anlar yaşatdı - VİDEO
M4 sağ zolaqdan düz getdi: Qayda pozuntusudur, yoxsa avtobuslara icazə verilir? - VİDEO
Skuterlə yolayrıcına necə gəldi girib qəza təhlükəsi yaratdı - VİDEO

















