Dairə nişanına əhəmiyyət verməyən sürücü qəza şəraiti yaratdı - VİDEO

Bakıda yolayrıcının keçilməsi qaydasını pozan sürücünün videosunu oxuculardan biri redaksiyamızın sosial şəbəkə ünvanına göndərib. Avtosfer.az xəbər verir ki, hadisə iyulun 28-də, paytaxtın Xəlil Rza Ulutürk küçəsində (Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin qarşısında) baş verib.
Belə ki, 77-AT-897 qeydiyyat nişanlı "Chevrolet" markalı avtomobilin sürücüsü dairəvi hərəkət təşkil olunmuş yolayrıcına daxil olarkən üstünlüyə malik olan nəqliyyat vasitəsinə yol verməyib. Sürücü qəzanın baş verəcəyini görən anda sürətini azaldaraq təhlükədən yan keçib.
Qeyd edək ki, yeni qüvvəyə minmiş İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən, həmin sürücü yolayrıcının keçilməsi qaydasını pozduğu üçün 3 bal 100 manat məbləğində cərimə oluna bilər.
Fərid
Sıxlığı görən sürücü əks yola çıxıb yük maşınının yolunu kəsdi - VİDEO
Maşınını blokun girişində saxlayan qadın hamının yolunu kəsdi - VİDEO
Bakıda tuneldə qəza riski: Sürücülər xəbərdarlıq nişanını unutdu - VİDEO
Narkotikin təsiri altında avtoxuliqanlıq edən sürücü 45 sutka HƏBS EDİLDİ - VİDEO
Qırmızı işıqda gözləməyə səbri çatmayan sürücü yolayrıcında təhlükə yaratdı - VİDEO
Təhlükəsizlik adacığını parkinq yeri ilə səhv salan sürücü – 99-QR-260 - VİDEO
Yaşıl işıqda hərəkət edən sürücü hansı halda qaydanı pozmuş sayılır? – VİDEO
Maşını ilə yolu kəsdi, uşağı ilə də özünü avtomobilin önünə atıb qorxulu anlar yaşatdı - VİDEO
Keçiddə yol verən maşını görsə də dayanmayıb piyadaya təhlükə yaratdı - VİDEO
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO












