DYP-dən “Vasmoy”dakı qanunsuz parkinqə bağlı: RƏSMİ AÇIQLAMA - VİDEO

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi polis kapitanı Toğrul Nəsirli Nizami rayonu Arif Hacıyev küçəsində sakinlərin şikayətinə aydınlıq gətirib.
Avtosfer.az-a açıqlamasında bölmə rəisi bildirib ki, sözügedən ərazidə dayanma-durma qadağandır nişanı var hər hansı qanunsuz parkinq fəaliyyət göstərmir.
"Nizami rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları mütamadi olaraq ərazidə profilaktiki tədbirlər həyata keçirir. Qayda pozan sürücülər barəsində inzibati qaydada protokol tərtib olunur.
Qeyd olunan ünvanda yaşayan sakinlər öz avtomobillərini yaşayış binasının qarşısında saxlayır. Bəzi hallarda fürsətdən sui-istifadə edən sürücülərə qarşı isə qanunvericiliyin tələblərinə uyğun olaraq tədbirlər görülür."
* * *
14:00
Bakıda sahibinin kim olduğu bəlli olmayan parkinq küçədə uzun müddətli tıxaclara səbəb olur.
Avtosfer.az xəbər verir ki, paytaxtın Nizami rayonunda uzun illərdir fəaliyyət göstərən parkinq küçədə hərəkəti çətinləşdirdiyi üçün vətəndaşların narazılığına səbəb olub.
Belə ki, Arif Hacıyev küçəsində uzun illər əvvəl təşkil edilən qanunsuz parklama yeri, onsuz da, ikizolaqlı dar küçənin daha da keçilməz olması ilə nəticələnib. Üstəgəl, ərazidə saxlamaq istəyən avtomobil sahiblərinə qəfil yaxınlaşan “parkovşik”lər heç bir xidmət göstərmədikləri halda ödəniş də tələb edirlər. Sakinlər deyir ki, hər dəfə yolun kənarında saxlayıb mağazaya girmək istəyən sürücülərlə “parkovşik”lər arasında söz-söhbət yaranır. Hətta bir neçə dəfə əlbəyaxa dava da düşüb.
Görüntülər sosial şəbəkələrdə müzakirələrə səbəb olub. İstifadəçilər belə qanunsuz parklama yerlərinin təşkilinin vaxtaşırı davalara səbəb olduğu üçün vəziyyətin aidiyyəti qurumlar tərəfindən nəzarətə götürülməsini xahiş edib.
Səfər
Qaydalardan bixəbər sürücü yolda “hoqqa” verdi - 99-AR-080 - VİDEO
Motosikletin yolunu kəsən evakuator sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Əks yola çıxıb qarşıdan gələn maşının yoluna girdilər - VİDEO
Bu yolda belə etməyin: Qayda pozanlar cərimələnir - VİDEO
Göz görə-görə velosipedçini sıxışdırıb təhlükəli anlar yaşatdı - VİDEO
Sumqayıtdakı bu dairə sürücüləri çaşdırır; qaydalar nə deyir? - VİDEO
Ona yol verməyən sürücüdən belə qisas aldı, ardınca isə… - 99-TL-953 - VİDEO
Qarşıdan gələn maşının yoluna qəfil çıxıb təhlükəli anlar yaşatdı - VİDEO
M4 sağ zolaqdan düz getdi: Qayda pozuntusudur, yoxsa avtobuslara icazə verilir? - VİDEO
Skuterlə yolayrıcına necə gəldi girib qəza təhlükəsi yaratdı - VİDEO
Aeroport yolunda yük avtomobili TƏHLÜKƏ SAÇDI - VİDEO - YENİLƏNİB












