Əks yola çıxıb təhlükə yaradan sürücü: “Belə tıxacda başqa çıxış yolu yoxdur” - VİDEO

Sürücü törətdiyi qayda pozuntusunu sosial şəbəkə hesabında paylaşıb.
Avtosfer.az-ın məlumatına görə, hadisə bir müddət əvvəl Xətai rayonu Sadıqcan küçəsində qeydə alınıb. Görüntüdən aydın olduğu kimi, 10-LY-115 dövlət nömrə nişanlı “BMW” markalı avtomobilin sürücüsü yolda yaranmış sıxlıq səbəbi ilə əks istiqamətli yola çıxaraq axına qarşı hərəkət edib. Bu zaman o, əks tərəfdən gələn nəqliyyat vasitələrinin hərəkətinə əngəl törədib və özünü çətin vəziyyətə salıb. Belə ki, sürücü qarşıdan gələn nəqliyyat vasitələrinə yol vermək üçün park edilmiş maşınların dəfələrlə önündə saxlayıb. Daha sonra isə məcbur qalaraq öz zolağına qayıtmalı olub.
Qeyd edək ki, sürücü rəy bölməsinə “belə tıxacda başqa çıxış yolu yoxdur” yazaraq törətdiyi xətaya haqq qazandırıb.
Nərmin
Sıxlığı görən sürücü əks yola çıxıb yük maşınının yolunu kəsdi - VİDEO
Maşınını blokun girişində saxlayan qadın hamının yolunu kəsdi - VİDEO
Bakıda tuneldə qəza riski: Sürücülər xəbərdarlıq nişanını unutdu - VİDEO
Narkotikin təsiri altında avtoxuliqanlıq edən sürücü 45 sutka HƏBS EDİLDİ - VİDEO
Qırmızı işıqda gözləməyə səbri çatmayan sürücü yolayrıcında təhlükə yaratdı - VİDEO
Təhlükəsizlik adacığını parkinq yeri ilə səhv salan sürücü – 99-QR-260 - VİDEO
Yaşıl işıqda hərəkət edən sürücü hansı halda qaydanı pozmuş sayılır? – VİDEO
Maşını ilə yolu kəsdi, uşağı ilə də özünü avtomobilin önünə atıb qorxulu anlar yaşatdı - VİDEO
Keçiddə yol verən maşını görsə də dayanmayıb piyadaya təhlükə yaratdı - VİDEO
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO












