Masazırda maşınların qarşısını kəsən sürücü sakinləri qəzəbləndirdi - FOTO

Masazır qəsəbəsində yol hərəkəti qaydasını pozan sürücü sakinlərin narahatlığına səbəb olub. Avtosfer.az xəbər verir ki, hadisə iyulun 29-da, "Qurtuluş 93" yaşayış kompleksinin həyətində baş verib.
Belə ki, 99-RN-855 qeydiyyat nişanlı "Chevrolet" markalı avtomobilin sürücüsü gecə avtomobillərin qarşısında park edərək dayanma-durma qaydasını pozub.
Fotoları redaksiyamızın qaynar xəttinə göndərən oxucu bildirir ki, qaydaları pozan sürücü onun avtomobilinin qarşısını kəsərək çıxılmaz vəziyyətdə qoyub: "Səhər 7-də işə gedən zaman gördüm ki, bu sürücü maşınımın qarşısını kəsib. Sol tərəfimdə dayanan avtomobilin sahibini tanıdığım üçün onun köməkliyindən istifadə edərək maşınımı çıxara bildim" - deyə oxucu bildirib.
O, Dövlət Yol Polisi İdarəsindən həmin sürücünün məsuliyyətə cəlb edilməsini xahiş edir.
Fərid
Sıxlığı görən sürücü əks yola çıxıb yük maşınının yolunu kəsdi - VİDEO
Maşınını blokun girişində saxlayan qadın hamının yolunu kəsdi - VİDEO
Bakıda tuneldə qəza riski: Sürücülər xəbərdarlıq nişanını unutdu - VİDEO
Narkotikin təsiri altında avtoxuliqanlıq edən sürücü 45 sutka HƏBS EDİLDİ - VİDEO
Qırmızı işıqda gözləməyə səbri çatmayan sürücü yolayrıcında təhlükə yaratdı - VİDEO
Təhlükəsizlik adacığını parkinq yeri ilə səhv salan sürücü – 99-QR-260 - VİDEO
Yaşıl işıqda hərəkət edən sürücü hansı halda qaydanı pozmuş sayılır? – VİDEO
Maşını ilə yolu kəsdi, uşağı ilə də özünü avtomobilin önünə atıb qorxulu anlar yaşatdı - VİDEO
Keçiddə yol verən maşını görsə də dayanmayıb piyadaya təhlükə yaratdı - VİDEO
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO

















