Maşını satdığı halda cərimələndiyini iddia edən xanımın şikayətinə DYP-dən CAVAB

Şəmkir rayon sakini Lətafət İsayevanın onlayn media vasitəsilə Baş Dövlət Yol Polisi İdarəsinə ünvanladığı müraciət araşdırılıb.
Avtosfer.az-ın məlumatına görə, araşdırma zamanı müəyyən olunub ki, 1977-ci il buraxılışlı 10-FT-449 dövlət qeydiyyat nişanlı “VAZ 2106” markalı avtomobil 2015-ci ildə vətəndaş L.İsayevanın adına dövlət qeydiyyatına alınıb. Lakin həmin nəqliyyat vasitəsinin etibarnamə əsasında başqa şəxsin sahibliyinə verilməsinə dair Baş DYP İdarəsinin mərkəzi informasiya sistemində müvafiq məlumat mövcud deyil. Odur ki, sözügedən nəqliyyat vasitəsilə törədilən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar xüsusi texniki vasitələrin köməyi ilə qeydə alındıqda inzibati cərimə haqqında elektron qərarlar mülkiyyətçi L.İsayevanın adına çıxarılır.
Bununla yanaşı, vətəndaş L.İsayeva tərəfindən mülkiyyətçisi olduğu avtomobilin faktiki olaraq qanunsuz istifadə edilməsi və törədilən inzibati xətaların onun adına sənədləşdirilməsi ilə bağlı Baş idarəyə hər hansı müraciət daxil olmadığı üçün adekvat tədbirlər həyata keçirilməyib.
Nəzərinizə çatdırırıq ki, vətəndaş L.İsayevanın mediada işıqlandırılan müraciəti artıq Baş idarədə qeydiyyata alınıb və baxılıması üçün icraata yönəldilib.
Sıxlığı görən sürücü əks yola çıxıb yük maşınının yolunu kəsdi - VİDEO
Maşınını blokun girişində saxlayan qadın hamının yolunu kəsdi - VİDEO
Bakıda tuneldə qəza riski: Sürücülər xəbərdarlıq nişanını unutdu - VİDEO
Narkotikin təsiri altında avtoxuliqanlıq edən sürücü 45 sutka HƏBS EDİLDİ - VİDEO
Qırmızı işıqda gözləməyə səbri çatmayan sürücü yolayrıcında təhlükə yaratdı - VİDEO
Təhlükəsizlik adacığını parkinq yeri ilə səhv salan sürücü – 99-QR-260 - VİDEO
Yaşıl işıqda hərəkət edən sürücü hansı halda qaydanı pozmuş sayılır? – VİDEO
Maşını ilə yolu kəsdi, uşağı ilə də özünü avtomobilin önünə atıb qorxulu anlar yaşatdı - VİDEO
Keçiddə yol verən maşını görsə də dayanmayıb piyadaya təhlükə yaratdı - VİDEO
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO












