Maşının qabağını qaldırıb "hoqqa" verən sürücünün "07"si 7-ci dəfə CƏRİMƏ MEYDANÇASINDA - VİDEO
Sumqayıtda qayda pozan sürücü qeydə aldığı görüntünü sosial şəbəkə hesabında paylaşıb.
Avtosfer.az xəbər verir ki, video "Yaşıldərə" yaşayış massivini birləşdirən tuneldə qeydə alınıb.
Sürücünün idarə etdiyi 77-GT-907 "VAZ21074" markalı avtomobilin ön farasına qırmızı işıq quraşdırılıb, digər farası isə nasaz vəziyyətdədir.
Həmçinin, sürücü konstruksiyaya müdaxilə edib, avtomobili arxa qeydiyyat nişanını çıxararaq idarə edib.
O, cümlədən asqı sisteminə qanunsuz müdaxilə edərək, avtomobilin arxasını və qabaq hissəsini yuxarı qaldıraraq qanunu pozub.
Avtosfer.az-ın əldə etdiyi məlumata görə, həmin sürücünün idarə etdiyi nəqliyyat vasitəsi 21 iyul tarixində konstruksiya dəyişikliklərinə görə yol polisi tərəfindən saxlanılıb və avtomobil cərimə meydançasına yerləşdirilib. Sürücü Bayramov Əli Ramin oğlu barəsində İnzibati Xətalar Məcəlləsinin 342.2.3-cü maddəsinə əsasən inzibati protokol tərtib olunub. Əli Bayramov bu il ərzində eyni inzibati xətaya görə 6 dəfə saxlanılıb və maşın cərimə meydançasına salınıb. Sürücü avtomobildə olan dəyişiklikləri aradan qaldırdıqdan sonra cərimə meydançasından buraxılıb. Lakin cərimə meydançasından çıxan kimi yenidən servisə gedərək avtomobildə eyni dəyişiklikləri edib. Budəfəki cərimə isə sürücünün 7-ci dəfə eyni qayda pozuntusunun nəticəsidir. Bu günə qədər konstruksiya dəyişiklikləri aradan qaldırılmadığı üçün avtomobil hələ də cərimə meydançasındadır.
DİN-in Mətbuat Xidmətindən bildirilib ki, qeyd edilən görüntülər bu ilin iyun ayında çəkilib. Avtomobilin sürücüsü 2003-cü il təvəllüdlü Ə.Bayramov Sumqayıt Şəhər Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb. Barəsində inzibati protokol tərtib edilib.
Könül Rauf
Sürücülərin tez-tez zolaq dəyişməsi qəza riskini artırır - MÜTƏXƏSSİS
"BakuBus" sürücüsünün təhlükəli hərəkəti: Avtomobilin yolunu kəsdi - VİDEO
Bakıda gözlənilməz qəza: Qırmızıda keçən velosipedçi maşına çırpıldı - VİDEO
Gəncədə KIA “Opel”lə toqquşdu - Yaralılar var - FOTOLAR
Qayda pozan sürücü təhlükə yaratdığı maşına siqnal da verdi - VİDEO
Narkotik qəbul edib sükan arxasına keçən şəxs həbs olundu - FOTO
“Yol ver” nişanını gözardı edən sürücü motosikletçini təhlükəyə atdı - VİDEO
Qaydaları hələ də mənimsəməyən sürücü yolayrıcında qəza şəraiti yaratdı - VİDEO
Qayda-qanundan danışan Səidə Bəkirqızı ardıcıl qayda pozdu - VİDEO
Şəhərin mərkəzində “hoqqa” verən velosipedçi görün özünə necə haqq qazandırdı - VİDEO
“VAZ” sürücüsündən təhlükəli manevr: Qarşıdan gələn maşının üzərinə sürdü - VİDEO














