Naftalanda bir qrup şəxs sərxoş vəziyyətdə ictimai qaydanı pozub

İyulun 16-da gecə saatlarında Naftalan şəhər ərazisindəki marketlərin birinin qarşısında “Mercedes” markalı avtomobilə bir qrup şəxs sərxoş vəziyyətdə ictimai qaydanı kobud surətdə pozub.
Avtosfer.az xəbər verir ki, ərazidə xidmət aparan polis əməkdaşlarının onları nizam-intizama dəvət etmələrinə baxmayaraq, avtomobildə olan Ayaz Cəfərli, Elvin Muradov, Ruslan Səfəralıyev, Taleh Alcəfərov və Nihad Quliyev özlərini Vətən müharibəsi iştirakçısı olduqlarını əsas gətirərək ictimai yerdə söyüş-təhqirlə müşahidə olunan qanunsuz əməllərini davam etdirib.
Əməllərinin araşdırılması üçün Naftalan ŞPŞ-nə gətirilən zaman A.Cəfərli və T. Alcəfərov qeyri-adekvat əməllərini davam etdirərək polis əməkdaşlarının xidmətinə mane olublar. Həmin şəxslər sərxoşluq müayinəsindən keçirilən zaman A.Cəfərli, E.Muradov və R.Səfəralıyevin orta dərəcəli sərxoş olmaları müəyyən edilib.
Onların əməlləri ilə bağlı Naftalan ŞPŞ-nin İstintaq Qrupunda araşdırmalar davam etdirilir.
(report)
Sıxlığı görən sürücü əks yola çıxıb yük maşınının yolunu kəsdi - VİDEO
Maşınını blokun girişində saxlayan qadın hamının yolunu kəsdi - VİDEO
Bakıda tuneldə qəza riski: Sürücülər xəbərdarlıq nişanını unutdu - VİDEO
Narkotikin təsiri altında avtoxuliqanlıq edən sürücü 45 sutka HƏBS EDİLDİ - VİDEO
Qırmızı işıqda gözləməyə səbri çatmayan sürücü yolayrıcında təhlükə yaratdı - VİDEO
Təhlükəsizlik adacığını parkinq yeri ilə səhv salan sürücü – 99-QR-260 - VİDEO
Yaşıl işıqda hərəkət edən sürücü hansı halda qaydanı pozmuş sayılır? – VİDEO
Maşını ilə yolu kəsdi, uşağı ilə də özünü avtomobilin önünə atıb qorxulu anlar yaşatdı - VİDEO
Keçiddə yol verən maşını görsə də dayanmayıb piyadaya təhlükə yaratdı - VİDEO
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO












