Nəsimidə “Niva” ilə şou göstərən sürücü CƏZALANDIRILDI - VİDEO (YENİLƏNİB)

Bakıda yol-hərəkəti qaydalarını pozaraq təhlükəli manevrlər edən sürücü barəsində tədbir görülüb.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən Avtosfer.az-a verilən məlumata görə, paytaxtın Nəsimi rayonu ərazisində yol-hərəkəti qaydalarını pozaraq təhlükəli manevrlər edən sürücü barəsində tədbir görülüb.
“VAZ 21214” markalı nəqliyyat vasitəsinin sürücüsü Kənan Cavadov barəsində toplanmış material baxılması məhkəməyə təqdim edilib.
Məhkəmənin qərarı ilə o, İnzibati Xətalar Məcəlləsinin avtoxuliqanlıq maddəsinə əsasən 500 manat məbləğində cərimə edilməklə nəqliyyat vasitələrini idarə etmək hüquqi 1 il müddətinə məhdudlaşdırılıb.
**
Bakıda yol hərəkəti qaydasını kobud şəkildə pozan sürücünün görüntüləri sosial şəbəkədə yayılıb .
Avtosfer.az xəbər verir ki, hadisə paytaxtın Cavadxan küçəsində (Memar Əcəmi metrostansiyasının qarşısında) baş verib.
Belə ki, 90-TT-380 qeydiyyat nişanlı “Niva” markalı avtomobilin sürücüsü təhlükəsizlik adacığının tələblərini pozub. Daha sonra isə yolun ortasında dayanıb.
Qəfil qaz və tormoz pedallarından isdifadə edərək avtomobili sanki rəqs etdirib. O, şou xarakterli hərəkəti etməklə sosial şəbəkədə trendə düşməyə çalışıb.
Ümid edirik ki, yol polis əməkdaşları xoşagəlməz halla bağlı qanunamüvafiq tədbir görəcək.
Hülya
Qaydalardan bixəbər sürücü yolda “hoqqa” verdi - 99-AR-080 - VİDEO
Motosikletin yolunu kəsən evakuator sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Əks yola çıxıb qarşıdan gələn maşının yoluna girdilər - VİDEO
Bu yolda belə etməyin: Qayda pozanlar cərimələnir - VİDEO
Göz görə-görə velosipedçini sıxışdırıb təhlükəli anlar yaşatdı - VİDEO
Sumqayıtdakı bu dairə sürücüləri çaşdırır; qaydalar nə deyir? - VİDEO
Ona yol verməyən sürücüdən belə qisas aldı, ardınca isə… - 99-TL-953 - VİDEO
Qarşıdan gələn maşının yoluna qəfil çıxıb təhlükəli anlar yaşatdı - VİDEO
M4 sağ zolaqdan düz getdi: Qayda pozuntusudur, yoxsa avtobuslara icazə verilir? - VİDEO
Skuterlə yolayrıcına necə gəldi girib qəza təhlükəsi yaratdı - VİDEO
Aeroport yolunda yük avtomobili TƏHLÜKƏ SAÇDI - VİDEO - YENİLƏNİB












