Nişan olmayan yollarda maksimal sürət nə qədər olmalıdır? – RƏY - VİDEO

Əksər sürücülər yol nişanları olmayan ərazilərdə avtomobili “necəgəldi” idarə edə biləcəklərini düşünürlər.
Avtosfer.az xəbər verir ki, məsələ ilə bağlı “AvtoFM”in efirində qonaq olan qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimov bəzi məqamları diqqətə çatdırıb. O, bildirib ki, bəzən sürücülər elə bilir ki, hansısa yolda nişan yoxdursa orada saatda 280 kilometr sürətlə hərəkət etmək olar. "Bu, doğru deyil. Müəyyənləşmiş qaydalar var. Azərbaycanda hətta nişan olmayan şəhərlərarası yollarda, magistral yol işarəsi varsa, maksimal sürət saatda 110 kilometr olaraq nəzərdə tutulur. Əgər avtomagistral işarəsi yoxdursa, həmin yolda maksimal sürət 90 km/saatdır”.
Aqil Rəhimov sonda onu da vurğulayıb ki, vətəndaşlar adətən bölgələrə öz ailəsi ilə birlikdə səyahət edirlər və yol nişanları olmayan ərazilərdə nəqliyyat vasitəsini idarə edərkən diqqətli olmalıdırlar ki, kiçik səhvlərinə görə həyatlarından məhrum olmasınlar.
Səfər Əlizadə
Yolunu qısaltmaq istəyən sürücü kobud qayda pozdu - VİDEO
Qaydalardan bixəbər sürücü yolda “hoqqa” verdi - 99-AR-080 - VİDEO
Motosikletin yolunu kəsən evakuator sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Əks yola çıxıb qarşıdan gələn maşının yoluna girdilər - VİDEO
Bu yolda belə etməyin: Qayda pozanlar cərimələnir - VİDEO
Göz görə-görə velosipedçini sıxışdırıb təhlükəli anlar yaşatdı - VİDEO
Sumqayıtdakı bu dairə sürücüləri çaşdırır; qaydalar nə deyir? - VİDEO
Ona yol verməyən sürücüdən belə qisas aldı, ardınca isə… - 99-TL-953 - VİDEO
Qarşıdan gələn maşının yoluna qəfil çıxıb təhlükəli anlar yaşatdı - VİDEO
M4 sağ zolaqdan düz getdi: Qayda pozuntusudur, yoxsa avtobuslara icazə verilir? - VİDEO
Skuterlə yolayrıcına necə gəldi girib qəza təhlükəsi yaratdı - VİDEO












