Özünü təhlükədən qoruyan sürücü digər maşına qəza şəraiti yaratdı - VİDEO

Bakıda manevr qaydasını pozan sürücü təhlükə yaradıb. Avtosfer.az xəbər verir ki, hadisə iyulun 19-da, paytaxtın Gülarə Qədirbəyova küçəsində baş verib. Belə ki, 90-MM-447 qeydiyyat nişanlı "Mercedes" markalı avtomobilin sürücüsü qarşısında manevr edən maşından yan keçmək üçün qəfildən sol zolağa yerdəyişmə edib. Bu zaman görüntünü qeydə alan sürücünün önünə keçərək ona təhlükə yaradıb.
Əksər sürücülərdə qəzadan yayınmaqla bağlı yanlış instinkt formalaşıb. Qarşılarına çıxan manenəni vurmamaq üçün qəfil manevrlər edirlər. Təhlükəsizlik mülahizələrinə görə, bu cür hərəkət yanlışdır və yol hərəkəti qaydalarına zidd reaksiyadır. Öncə sürücü qarşısında hərəkət edən nəqliyyat vasitələrini düzgün izləməli, ara məsafəsi saxlamalıdır. Əgər qarşısındakı avtomobil dayanarsa, sağa manevr edərsə bu zaman sürücünün ilk edəcəyi hərəkət tormozlama etməsidir. Lakin videogörüntüdəki sürücü tormoza basmadan və güzgüyə baxmadan sola manevr edir. Bu zaman özünü təhlükədən qoruyaraq digər sürücüyə təhlükə yaradır. Bu isə yanlış addımdır.
Könül Rauf
Sıxlığı görən sürücü əks yola çıxıb yük maşınının yolunu kəsdi - VİDEO
Maşınını blokun girişində saxlayan qadın hamının yolunu kəsdi - VİDEO
Bakıda tuneldə qəza riski: Sürücülər xəbərdarlıq nişanını unutdu - VİDEO
Narkotikin təsiri altında avtoxuliqanlıq edən sürücü 45 sutka HƏBS EDİLDİ - VİDEO
Qırmızı işıqda gözləməyə səbri çatmayan sürücü yolayrıcında təhlükə yaratdı - VİDEO
Təhlükəsizlik adacığını parkinq yeri ilə səhv salan sürücü – 99-QR-260 - VİDEO
Yaşıl işıqda hərəkət edən sürücü hansı halda qaydanı pozmuş sayılır? – VİDEO
Maşını ilə yolu kəsdi, uşağı ilə də özünü avtomobilin önünə atıb qorxulu anlar yaşatdı - VİDEO
Keçiddə yol verən maşını görsə də dayanmayıb piyadaya təhlükə yaratdı - VİDEO
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO












