Prospektdə elektromobillər üçün ayrılmış ərazi parkinqə çevrilib - Sürücülər NARAZIDIR - FOTO

Paytaxtın “8 Noyabr” prospektində (2 saylı “ASAN Xidmət”in qarşısı) elektirikli avtomobillərin şarj edilməsi üçün nəzərdə tutulmuş ərazi maşınların parkinq zonasına çevrilib.
Bu barədə şikayətçi Avtosfer.az-a fotoşəkil göndərib. Görüntüdən aydın olduğu kimi, 10-AS-832 dövlət nömrə nişanlı “Mercedes Viano” markalı avtomobilin sürücüsü elektrikli nəqliyyat vasitələrinin enerji təzchizatı üçün ayrılmış ərazinin qarşısını məşğul edib. Onun sözlərinə görə, sürücülər sözügedən ərazini demək olar ki, günün istənilən saatlarında zəbt edirlər. Nəticədə sürücülər elektriklə işləyən avtomobillərini şarj etmək üçün saatlarla gözləmək məcburiyyətində qalırlar, yaxud ərazidən ayrılmalı olurlar.
Qeyd edək ki, qanuna edilən dəyişikliyə əsasən, elektromobil avtomobillər üçün müəyyən edilmiş ərazidə saxlayan sürücülərə 20 manat cərimə tətbiq edilir.
Nərmin

Sıxlığı görən sürücü əks yola çıxıb yük maşınının yolunu kəsdi - VİDEO
Maşınını blokun girişində saxlayan qadın hamının yolunu kəsdi - VİDEO
Bakıda tuneldə qəza riski: Sürücülər xəbərdarlıq nişanını unutdu - VİDEO
Narkotikin təsiri altında avtoxuliqanlıq edən sürücü 45 sutka HƏBS EDİLDİ - VİDEO
Qırmızı işıqda gözləməyə səbri çatmayan sürücü yolayrıcında təhlükə yaratdı - VİDEO
Təhlükəsizlik adacığını parkinq yeri ilə səhv salan sürücü – 99-QR-260 - VİDEO
Yaşıl işıqda hərəkət edən sürücü hansı halda qaydanı pozmuş sayılır? – VİDEO
Maşını ilə yolu kəsdi, uşağı ilə də özünü avtomobilin önünə atıb qorxulu anlar yaşatdı - VİDEO
Keçiddə yol verən maşını görsə də dayanmayıb piyadaya təhlükə yaratdı - VİDEO
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO













