Qadın sürücü avtobusu arxadan vurub aradan çıxdı - FOTO

Bakıda vətəndaşların daimi şikayət etdiyi ərazidə qəza baş verib.
Avtosfer.az xəbər verir ki, paytaxtın Nizami rayonunda qadın sürücü avtobusu arxadan vuraraq qaçıb.
Belə ki, Rüstəm Rüstəmov küçəsində Nizami Rayon İcra Hakimiyyətinin binası yaxınlığındakı tunelin altındakı dayanacaqda uzun illərdir Qaraçuxur, Bakıxanov qəsəbələri istiqamətində hərəkət edən "manatlıq" taksilərin yaratdığı sıxlıq qəzaya səbəb olub.
77-JA-875 qeydiyyat nişanlı 32 nömrəli avtobus qadın sürücünün idarə etdiyi avtomobil tərəfindən vurulub.
Avtobusun sürücüsü İsmayılbəy Əhmədov Avtosfer.az-a deyib ki, bu dayanacaqda həmişə belə qəza şəraiti yaranır.
"Mən tunelin altına təzəcə yaxınlaşmışdım. Taksilər elə saxlamışdı ki, dayanacağa girmək mümkün deyildi. Birtəhər yavaş-yavaş maşını dayanacağa çəkmək istəyirdim ki, bir maşın arxadan vurdu, yanımdan sürəti artırıb aradan çıxdı".
Sürücünün sözlərinə görə qəza anı avtobusdakı kameralar tərəfində qeydə alınıb və cip kateqoriyasına aid ağ rəngli avtomobilin tapılması, sürücünün şəxsiyyətinin müəyyənləşməsi üçün aidiyyəti quruma şikayət ediləcək.
Səfər
Qaydalardan bixəbər sürücü yolda “hoqqa” verdi - 99-AR-080 - VİDEO
Motosikletin yolunu kəsən evakuator sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Əks yola çıxıb qarşıdan gələn maşının yoluna girdilər - VİDEO
Bu yolda belə etməyin: Qayda pozanlar cərimələnir - VİDEO
Göz görə-görə velosipedçini sıxışdırıb təhlükəli anlar yaşatdı - VİDEO
Sumqayıtdakı bu dairə sürücüləri çaşdırır; qaydalar nə deyir? - VİDEO
Ona yol verməyən sürücüdən belə qisas aldı, ardınca isə… - 99-TL-953 - VİDEO
Qarşıdan gələn maşının yoluna qəfil çıxıb təhlükəli anlar yaşatdı - VİDEO
M4 sağ zolaqdan düz getdi: Qayda pozuntusudur, yoxsa avtobuslara icazə verilir? - VİDEO
Skuterlə yolayrıcına necə gəldi girib qəza təhlükəsi yaratdı - VİDEO
Aeroport yolunda yük avtomobili TƏHLÜKƏ SAÇDI - VİDEO - YENİLƏNİB















