Qanunsuz parklanma yerləri təşkil edənlər həbs oluna bilər – RƏSMİ AÇIQLAMA

Parklanma ödənişi ilə bağlı inzibati tənbeh tədbiri təkmilləşdirmə işləri aparılıb.
Avtosfer.az xəbər verir ki, bu barədə Rəqəamsal İnkişaf və Nəqliyyat Nazirliyinin tədbirində bildirilib. Belə ki, ödənişli parklanma yerinə daxil olduqdan sonra xüsusi proqram təminatı və ya SMS vasitəsilə parklanma müddətinin başladılmamasına, ödəniş edilmədən parklanma yerinin tərk edilməsinə görə 20 manat cərimə müəyyənləşib.

Bundan əlavə sürücü tərəfindən parklanma üsulunun pozulması nəticəsində digər nəqliyyat vasitəsinin növbəti parklanma yerində parklanması qeyri-mümkün olduqda və ya digər nəqliyyat vasitələrinin hərəkətinə maneə yarandıqda 20 manat məbləğində cərimə müəyyən edilir.
Qanunvericilikdə, həmçinin dövlət avtomobil yollarında səlahiyyəti olmayan şəxslər tərəfindən parklanma yerlərinin təşkili, parklanma xidmətinin göstərilməsi, yaxud həmin xidmətlə bağlı ödənişin tələb edilməsinə görə cərimə müəyyən ediləcək. Belə ki, dövlət avtomobil yollarında səlahiyyəti olmayan şəxslər tərəfindən parklanma yerlərinin təşkili, parklanma xidmətinin göstərilməsi, yaxud həmin xidmətlə bağlı ödənişin tələb edilməsinə görə fiziki şəxslər 100 manatdan 200 manatadək, vəzifəli şəxslər 300 manatdan 500 manatadək məbləğdə cərimə ediləcək. Bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda 15 günədək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər 1500 manatdan 2000 manatadək məbləğdə cərimə ediləcək.

Şəhərdə inklüzivliyin artırılması məqsədilə əlilliyi olan şəxslərin nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş parklanma yerlərində digər nəqliyyat vasitələrinin parklanmasına görə cərimənin məbləği on manatdan altmış manata qaldırılıb. Parklanma yerlərində icazə verilmiş maksimum kütləsi 3,5 tondan çox olan yük avtomobillərinin parklanmasına, habelə parklanma yerlərinin rezervasiya edilməsi və ya digər üsullarla nəqliyyat vasitələrinin sərbəst parklanmasına maneələr yaradılmasına görə cərimənin məbləği 10 manatdan 20 manata qaldırılıb.
Elektrik avtomobillərinin istifadəsinin təşviqi məqsədilə ilk dəfə olaraq, enerji doldurulması üçün müəyyən edilmiş parklanma yerlərində enerji doldurmaq məqsədilə elektrik mühərrikli nəqliyyat vasitələrinin durması istisna olmaqla, nəqliyyat vasitələrinin parklanmasına görə 20 manat məbləğində cərimə müəyyən edilib.
Xidməti zərurətlə əlaqədar dövlət orqanlarının (qurumlarının), onların əməkdaşlarının, Azərbaycan Respublikasında yerləşən xarici səfirliklərin, konsul nümayəndəliklərinin və beynəlxalq təşkilatların istifadəsində olan nəqliyyat vasitələrindən başqa, digər nəqliyyat vasitələrinin xidməti parklanma yerlərində parklanmasına görə 40 manat məbləğində cərimələnəcək.
Nəqliyyat sıxlığının azaldılması məqsədilə nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə 80 manat məbləğində cərimə və 2 bal inzibati tənbeh tədbiri görüləcək.
Taksi duracaqlarında taksi olmayan nəqliyyat vasitələrinin dayanmasına və ya durmasına görə 40 manat məbləğində cərimə və 2 bal inzibati tənbeh tədbiri müəyyənləşib.
Səfər Əlizadə
YDM-ə əks istiqamətdən girib özünə haqq qazandırdı: “Mən belə girirəm, əcəb edirəm” - VİDEO
Səki və piyada keçidini bağlayan sürücü hərəkətə mane oldu - FOTO
Maşını yolayrıcında saxlayıb söhbət edən sürücü avtomobillərin yolunu kəsdi - VİDEO
Sürücü birtərəfli yolun əksinə çıxıb axına qarşı hərəkət etdi - VİDEO
3 bal dəyərində cəriməsi var - XƏBƏRDARLIQ - VİDEO
Sürücü keçidin üstündə dayanıb piyadalara “yol verdi” - 77-OL-498 - VİDEO
Binəqədidə qayda tanımayan sürücülər piyadaları yola çıxmağa məcbur etdi - VİDEO
Masazırda mopedlə “hoqqa” verən yeniyetmə yolda təhlükə yaratdı - VİDEO
Sürücü avtomobili elə saxladı ki, piyadaya yer qalmadı – VİDEO - YENİLƏNİB
Bakıda yeniyetmə “BMW” sürüb videosunu sosial şəbəkədə paylaşdı - VİDEO
Gözləməyə səbri çatmayan sürücü qəza şəraiti yaratdı - VİDEO








