Sərnişinləri təhlükəyə atıb yarışan avtobus sürücüləri cəzalandırıldılar - VİDEO

"Xırdalanda sərnişin avtobusları ilə kobud qayda pozuntusuna yol verən hər iki sürücü barəsində qanunamüvafiq tədbirlər görülüb".
Avtosfer.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib.
Belə ki, “İsuzu” markalı 10-TG-026 dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü, sərnişin daşıma fəaliyyəti ilə məşğul olan Quliyev Kəmaləddin Yavər oğlu və “İsuzu” markalı 90-RB-533 dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü sərnişin daşıma fəaliyyəti göstərən Rəcəbov Firdovsi Abgül oğlu sərnişin dolu avtobusla həm özlərinin həmdə digər hərəkət iştirakçılarının həyat və sağlamlığını təhlükə altına ataraq nizamlayıcının qırmızı işığından keçdiyi üçün DYP-nə dəvət olunaraq onlarla profilaktiki söhbətlər aparılmış və pozmuş olduqları qayda pozuntusu ilə bağlı hər iki sürücü barəsində qanuni tədbirlər görülmüşdür.
Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərə, xüsusilədə sərnişin daşıma fəaliyyəti ilə məşğul olan şəxslərə müraciət edərək onlara hərəkət zamanı qaydaları ciddi şəkildə riayət etməyə, özləri ilə yanaşı sərnişinlərində həyat və sağlamlığına cavabdeh olduqlarını unutmamağa çağırırıq.
***
Xırdalanda sərnişin avtobusları sürücülərinin kobud qayda pozuntusuna yol vermələri ilə bağlı daşıyıcı şirkətin nümayəndəsi Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) dəvət edilib.
Avtosfer.az xəbər verir ki, bu məlumat AYNA-dan verilib.
Qeyd olunub ki, "Sahil" MMC-nin müvəqqəti istismarında olan 517 nömrəli marşrut avtobusunun və "F. Rövşən" İstehsalat Müəssisəsinin müvəqqəti istismarında olan 515 nömrəli marşrut avtobusunun sürücüləri sərnişindaşıma və təhlükəsizlik qaydalarını kobudcasına pozublar.
"Bununla bağlı hər iki daşıyıcı şirkətin nümayəndəsi AYNA-ya dəvət olunub. Onlara sürücülər barədə ciddi ölçü götürmək tapşırığı verilib. Məsələ ilə bağlı daşıyıcı şirkət tərəfindən müvafiq tədbir görüləcək", - deyə açıqlamada bildirilir.
(oxu.az)
***
Xırdalanda sərnişin avtobusları yolu qırmızı işıqda keçiblər.
Avtosfer.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.
Bildirilib ki, sərnişindaşıma ilə məşğul olan avtobusların sürücüləri bir-birləri ilə yarışaraq həm özlərinin, həm də sərnişinlərin həyatını ciddi təhlükəyə atıb.
Sözügedən görüntüləri təqdim edirik:
(baku.vs)
Sıxlığı görən sürücü əks yola çıxıb yük maşınının yolunu kəsdi - VİDEO
Maşınını blokun girişində saxlayan qadın hamının yolunu kəsdi - VİDEO
Bakıda tuneldə qəza riski: Sürücülər xəbərdarlıq nişanını unutdu - VİDEO
Narkotikin təsiri altında avtoxuliqanlıq edən sürücü 45 sutka HƏBS EDİLDİ - VİDEO
Qırmızı işıqda gözləməyə səbri çatmayan sürücü yolayrıcında təhlükə yaratdı - VİDEO
Təhlükəsizlik adacığını parkinq yeri ilə səhv salan sürücü – 99-QR-260 - VİDEO
Yaşıl işıqda hərəkət edən sürücü hansı halda qaydanı pozmuş sayılır? – VİDEO
Maşını ilə yolu kəsdi, uşağı ilə də özünü avtomobilin önünə atıb qorxulu anlar yaşatdı - VİDEO
Keçiddə yol verən maşını görsə də dayanmayıb piyadaya təhlükə yaratdı - VİDEO
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO













