Sürücü lüks avtomobilini səkidə park etdi: Sakinlər maşın yoluna çıxmalı oldu - FOTO

Bakıda daha bir bahalı avtomobil sahibi səkini zəbt edib.
Avtosfer.az xəbər verir ki, paytaxtın Binəqədi rayonunda 90-KS-949 qeydiyyat nişanlı “Audi” markalı avtomobili piyadaların hərəkət etdiyi hissədə park edib gediblər.
Belə ki, Cəfər Xəndan küçəsində sürücünün özbaşınalığı sakinlərin narazılığına səbəb olub və sosial şəbəkələrdə müzakirə edilib. Sürücü özünün bahalı avtomobilini səkiyə dırmaşdırdığı üçün piyadalar maşın yoluna çıxaraq hərəkət etməli olurlar. “Avtomobili səkidə park etməyə görə 60 manat və əlavə olaraq 2 bal tətbiq edilsə də, belə sürücülər cərimələnməkdən də qorxmurlar” deyə, sosial şəbəkənin rəy bölməsində istifadəçilər yazıb.
Vətəndaşlar bu cür sürücülərə qarşı aidiyyəti qurumların daha sərt addımlar atmasını gözlədiklərini bildirib.
Səfər
Sıxlığı görən sürücü əks yola çıxıb yük maşınının yolunu kəsdi - VİDEO
Maşınını blokun girişində saxlayan qadın hamının yolunu kəsdi - VİDEO
Bakıda tuneldə qəza riski: Sürücülər xəbərdarlıq nişanını unutdu - VİDEO
Narkotikin təsiri altında avtoxuliqanlıq edən sürücü 45 sutka HƏBS EDİLDİ - VİDEO
Qırmızı işıqda gözləməyə səbri çatmayan sürücü yolayrıcında təhlükə yaratdı - VİDEO
Təhlükəsizlik adacığını parkinq yeri ilə səhv salan sürücü – 99-QR-260 - VİDEO
Yaşıl işıqda hərəkət edən sürücü hansı halda qaydanı pozmuş sayılır? – VİDEO
Maşını ilə yolu kəsdi, uşağı ilə də özünü avtomobilin önünə atıb qorxulu anlar yaşatdı - VİDEO
Keçiddə yol verən maşını görsə də dayanmayıb piyadaya təhlükə yaratdı - VİDEO
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO












