Sürücülərin döngə xəstəliyi: Heç kim bu qaydaya əməl etmir - VİDEO

Bakıda sürücülərin pozduğu qaydalar kameraya düşüb. Avtosfer.az xəbər verir ki, hadisə paytaxtın Yusif Səfərov küçəsində baş verib.
Belə ki, görüntünü qeydə alan sürücü onun zolağına keçərək təhlükə yaradan 90-CG-470 qeydiyyat nişanlı "Hyundai" markalı avtomobilin videosunu sosial şəbəkədə paylaşıb. Lakin növbəti döngədə görüntünü qeydə alan sürücü özü də zolaqla hərəktə etməyərək 2 dəfə ardıcıl manevr qaydasını pozub.
Qeyd edək ki, əksər sürücülər yolun döngə olan sahələrində zolaqlar üzrə hərəkət edə bilmirlər. Döngələrdə sürəti aşağı salmaq lazımdır ki, zolaqlar üzrə hərəkət etmək mümkün olsun.
Təbii ki, icazə verilən sürətlə sürən zaman döngədə avtomobilin dayanıqlığı pozulduğu üçün sürcülər zolaqları kəsərək hərəkət edirlər. Bu əməli törədən sürücülər İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsilə 40 manat məbləğində cərimə oluna bilərlər.
Fərid
Sıxlığı görən sürücü əks yola çıxıb yük maşınının yolunu kəsdi - VİDEO
Maşınını blokun girişində saxlayan qadın hamının yolunu kəsdi - VİDEO
Bakıda tuneldə qəza riski: Sürücülər xəbərdarlıq nişanını unutdu - VİDEO
Narkotikin təsiri altında avtoxuliqanlıq edən sürücü 45 sutka HƏBS EDİLDİ - VİDEO
Qırmızı işıqda gözləməyə səbri çatmayan sürücü yolayrıcında təhlükə yaratdı - VİDEO
Təhlükəsizlik adacığını parkinq yeri ilə səhv salan sürücü – 99-QR-260 - VİDEO
Yaşıl işıqda hərəkət edən sürücü hansı halda qaydanı pozmuş sayılır? – VİDEO
Maşını ilə yolu kəsdi, uşağı ilə də özünü avtomobilin önünə atıb qorxulu anlar yaşatdı - VİDEO
Keçiddə yol verən maşını görsə də dayanmayıb piyadaya təhlükə yaratdı - VİDEO
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO












