Tıxac dərdi bitməyən "Ukrayna dairəsi": tarixə qovuşan "BNA planı" - FOTO

Ukrayna dairəsinin tıxac problemi barədə indiyədək çox danışılıb. Günün istənilən saatında burda tıxac müşahidə olunur. Avtosfer.az bildirir ki, hər gün burada yüngül də olsa qəza hadisəsi baş verir.

Xatırladaq ki, hələ 2021-ci ildə keçmiş Bakı Nəqliyyat Agentliyi bu dairədə yeni hərəkət sxeminin tətbiqini nəzərdə tuturdu. Bununla bağlı plan da hazırlanmışdı. Belə ki, Ukrayna dairəsində konflikt nöqtələrinin sayı 170-dən 23-ə enəcəkdi. Tətbiq ediləcək turbo tipli dairəvi hərəkət sxeminə uyğun olaraq, zolaqlar üzrə hərəkət təşkil edicək və sıxlıq aradan qalxacaqdı. Lakin deyilənlər elə kağız üzərində də qaldı. Bu gün də həmin dairədən istifadə edənlər hər gün təhlükə ilə üz-üzə qalır.

Dairədə həm Məhəmməd Hadi, həm, Gəncə, həm, Neapol, həm də Rahib Məmmədov küçələrindən giriş və çıxış olmaqla 10 yol var. Təbii ki, burada hərəkətin təşkili düzgün tənzimlənməzsə tıxac yaranır. Xüsusilə dairəyə daxil olan sürücülər dairədən çıxanların qarşısını kəsir. Bu da süni sıxlığa səbəb olur.
Problemin aradan qaldırılması üçün isə hər hansı yeni tədbir görülməyib. BNA-nın kağız üzərində qalan planı isə tarixin arxivinə qovuşub.

Orxan Əli
Sıxlığı görən sürücü əks yola çıxıb yük maşınının yolunu kəsdi - VİDEO
Maşınını blokun girişində saxlayan qadın hamının yolunu kəsdi - VİDEO
Bakıda tuneldə qəza riski: Sürücülər xəbərdarlıq nişanını unutdu - VİDEO
Narkotikin təsiri altında avtoxuliqanlıq edən sürücü 45 sutka HƏBS EDİLDİ - VİDEO
Qırmızı işıqda gözləməyə səbri çatmayan sürücü yolayrıcında təhlükə yaratdı - VİDEO
Təhlükəsizlik adacığını parkinq yeri ilə səhv salan sürücü – 99-QR-260 - VİDEO
Yaşıl işıqda hərəkət edən sürücü hansı halda qaydanı pozmuş sayılır? – VİDEO
Maşını ilə yolu kəsdi, uşağı ilə də özünü avtomobilin önünə atıb qorxulu anlar yaşatdı - VİDEO
Keçiddə yol verən maşını görsə də dayanmayıb piyadaya təhlükə yaratdı - VİDEO
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO












