Xırdalanda özbaşınalıq edən sürücülər: Piyada ölümlə üz-üzə qaldı - DYP-dən AÇIQLAMA - VİDEO

Xırdalanda yol hərəkəti qaydasını pozan sürücülər təhlükə yaradıblar. Avtosfer.az xəbər verir ki, hadisə sentyabrın 11-də, Nizami Gəncəvi küçəsində baş verib.
Belə ki, 01-CP-804 qeydiyyat nişanlı "Hyundai" markalı avtomobilin sürücüsü əks yolda ötmə edərək qaydaları kobud şəkildə pozub. Bu zaman o, həm görüntünü qeydə alan sürücüyə, həm də yolu keçən piyadaya təhlükə yaradıb. Hətta piyadanı vurmaqdan son anda yayınıb.
Onun ardınca gələn 99-UR-465 qeydiyyat nişanlı avtomobilin sürücüsü də ötmə qaydasını eyni formada pozaraq əks yoldan gələn avtomobillərə təhlükə yaradıb.
Ümid edirik ki, Dövlət Yol Polisi İdarəsi hər iki sürücü ilə bağlı ciddi tədbirlər görəcək.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən Avtosfer.az-a verilən məlumata görə, sözügedən videomaterillarda hər iki sürücü kobud şəkildə “Yol hərəkəti haqqında” qanunun tələblərini pozub. Özləri ilə yanaşı digər sürücülərin, hərəkət iştirakçılarının həyat və sağlamlığını ciddi şəkildə təhlükə altına atıblar. Nəzərə almaq lazımdır ki, sürücülər əks istiqamətə çıxan zaman nəqliyyat vasitələrinin arasından piyadalar çıxa bilər. Eləcə də, qarşı tərəfdən gələn nəqliyyat vasitəsinə çaşqınlıq yarada və qəzaya səbəb ola bilərlər. Bu tip qayda pozuntularını törədən sürücülər İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsinə əsasən 4 bal 150 manat məbləğində cərimə oluna bilərlər. Sözügedən videodakı hər iki sürücü tərəfimizdən araşdırılır və hər bir sürücü barəsində qanunamüvafiq tədbirlər görüləcəkdir.
Könül Rauf
Qaydalardan bixəbər sürücü yolda “hoqqa” verdi - 99-AR-080 - VİDEO
Motosikletin yolunu kəsən evakuator sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Əks yola çıxıb qarşıdan gələn maşının yoluna girdilər - VİDEO
Bu yolda belə etməyin: Qayda pozanlar cərimələnir - VİDEO
Göz görə-görə velosipedçini sıxışdırıb təhlükəli anlar yaşatdı - VİDEO
Sumqayıtdakı bu dairə sürücüləri çaşdırır; qaydalar nə deyir? - VİDEO
Ona yol verməyən sürücüdən belə qisas aldı, ardınca isə… - 99-TL-953 - VİDEO
Qarşıdan gələn maşının yoluna qəfil çıxıb təhlükəli anlar yaşatdı - VİDEO
M4 sağ zolaqdan düz getdi: Qayda pozuntusudur, yoxsa avtobuslara icazə verilir? - VİDEO
Skuterlə yolayrıcına necə gəldi girib qəza təhlükəsi yaratdı - VİDEO
Aeroport yolunda yük avtomobili TƏHLÜKƏ SAÇDI - VİDEO - YENİLƏNİB












