Yol çiyni ilə gedən sürücü hərəkətə mane oldu - VİDEO

Tıxac vaxtı qabağa düşmək istəyən sürücü qaydaları pozub. Avtosfer.az xəbər verir ki, hadisə sentyabrın 18-də, Bakı-Sumqayıt yolunda baş verib.
Belə ki, 10-VA-112 qeydiyyat nişanlı "VAZ" markalı avtomobilin sürücüsü bir maşın qabağa düşmək üçün hərəkət zolağından kənara çıxıb. O, yol çiyni ilə hərəkət edərək görüntünü qeydə alan avtomobilin qarşısına keçib.
Yollarda tıxacların gərginləşməsi məhz belə sürücülərin zolaqlar üzrə hərəkət edə bilməməsi səbəbindən baş verir. Çox təəssüf ki, əksər sürücülər hərəkət zamanı niyə belə etdiklərini və bunun hansı fəsadlar yaratdığını anlamırlar.
Qeyd edək ki, videogörüntüdəki sürücü törətdiyi qayda pozuntusuna görə, İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsilə 40 manat məbləğində cərimə oluna bilər.
Könül Rauf
Sıxlığı görən sürücü əks yola çıxıb yük maşınının yolunu kəsdi - VİDEO
Maşınını blokun girişində saxlayan qadın hamının yolunu kəsdi - VİDEO
Bakıda tuneldə qəza riski: Sürücülər xəbərdarlıq nişanını unutdu - VİDEO
Narkotikin təsiri altında avtoxuliqanlıq edən sürücü 45 sutka HƏBS EDİLDİ - VİDEO
Qırmızı işıqda gözləməyə səbri çatmayan sürücü yolayrıcında təhlükə yaratdı - VİDEO
Təhlükəsizlik adacığını parkinq yeri ilə səhv salan sürücü – 99-QR-260 - VİDEO
Yaşıl işıqda hərəkət edən sürücü hansı halda qaydanı pozmuş sayılır? – VİDEO
Maşını ilə yolu kəsdi, uşağı ilə də özünü avtomobilin önünə atıb qorxulu anlar yaşatdı - VİDEO
Keçiddə yol verən maşını görsə də dayanmayıb piyadaya təhlükə yaratdı - VİDEO
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO












