Yola qəfil çıxan “Prius” qəza riski yaradıb sürücünü “cin atı”na mindirdi - VİDEO

Abşeronda qayda pozan sürücü qəza riski yaradıb.
Avtosfer.az-ın məlumatına görə, hadisə bir neçə gün əvvəl səhər saatlarında qeydə alınıb. Belə ki, hərəkətdə olan 90-LY-512 dövlət nömrə nişanlı “Toyota Prius” markalı avtomobilin sürücüsü manevr qaydasını pozaraq üstünlüyə malik olan avtomobilin qəfil qarşısına çıxıb. Bu zaman üstün hərəkətə malik olan avtomobilin sürücüsü öncə siqnal verərək ona xəbərdarlıq edib. Daha sonra o, maşının dayanmadığını görərək baş verə biləcək qəzanın qarşısını almaq üçün maşını saxlamaq məcburiyyətdə qalıb. Əsəbiləşən sürücü “Nə edirsən?” deyərək ona qışqırıb. Qayda pozan şəxs isə heç bir reaksiya vermədən yoluna davam edib. Hirsi soyumayan sürücü yenidən qayda pozan şəxsə yaxınlaşaraq “Korsan ə?” deyə səslənib və yol boyu ona qarşı nalayiq ifadələr işlədib.
Nərmin
Sıxlığı görən sürücü əks yola çıxıb yük maşınının yolunu kəsdi - VİDEO
Maşınını blokun girişində saxlayan qadın hamının yolunu kəsdi - VİDEO
Bakıda tuneldə qəza riski: Sürücülər xəbərdarlıq nişanını unutdu - VİDEO
Narkotikin təsiri altında avtoxuliqanlıq edən sürücü 45 sutka HƏBS EDİLDİ - VİDEO
Qırmızı işıqda gözləməyə səbri çatmayan sürücü yolayrıcında təhlükə yaratdı - VİDEO
Təhlükəsizlik adacığını parkinq yeri ilə səhv salan sürücü – 99-QR-260 - VİDEO
Yaşıl işıqda hərəkət edən sürücü hansı halda qaydanı pozmuş sayılır? – VİDEO
Maşını ilə yolu kəsdi, uşağı ilə də özünü avtomobilin önünə atıb qorxulu anlar yaşatdı - VİDEO
Keçiddə yol verən maşını görsə də dayanmayıb piyadaya təhlükə yaratdı - VİDEO
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO












