Yollarda heyvanla avtomobil toqquşması nəticəsində 4 nəfər ÖLÜB - DYP-dən AÇIQLAMA

Bir neçə gün əvvəl sosial mediada nəzarətsiz qalan atın yolun hərəkət hissəsinə çıxması nəticəsində baş verən qəza ilə bağlı videogörüntülər yayımlandı. Xoşbəxtlikdən həmin qəza maddi zərərlə ötüşsə də, təəssüf ki cari ilin yeddi ayı ərzində sahibsiz heyvanların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələrində 4 nəfər həyatını itirib, 2 nəfər isə xəsarət alıb.
Avtosfer.az xəbər verir ki, qanunvericilikdə mal-qaranın yolda nəzarətsiz qoyulmasına, asfalt və sement-beton örtüklü yollarla ötürülməsinə, mal-qaranı və at arabasını sutkanın qaranlıq vaxtı və ya məhdud görünmə şəraitində dəmir yollarından, yolların bu məqsəd üçün xüsusi olaraq ayrılmayan yerlərindən keçirilməsinə görə məsuliyyət nəzərdə tutulub və belə qəzalar zamanı mal-qara sahiblərinin məsuliyyətdən kənarda qalmaması üçün kəsərli tədbirlər görülür.
Bununla yanaşı, Baş Dövlət Yol Polisi İdarəsi yol qəzalarının səbəbləri içərisində sahibsiz ev və ya vəhşi heyvanın vurulması hallarının aktual olduğunu nəzərə alaraq, sürücüləri də hərəkət zamanı diqqətli və baş verə biləcək qəfil hadislərə qarşı hazırlıqlı olmağa çağırır.
Sıxlığı görən sürücü əks yola çıxıb yük maşınının yolunu kəsdi - VİDEO
Maşınını blokun girişində saxlayan qadın hamının yolunu kəsdi - VİDEO
Bakıda tuneldə qəza riski: Sürücülər xəbərdarlıq nişanını unutdu - VİDEO
Narkotikin təsiri altında avtoxuliqanlıq edən sürücü 45 sutka HƏBS EDİLDİ - VİDEO
Qırmızı işıqda gözləməyə səbri çatmayan sürücü yolayrıcında təhlükə yaratdı - VİDEO
Təhlükəsizlik adacığını parkinq yeri ilə səhv salan sürücü – 99-QR-260 - VİDEO
Yaşıl işıqda hərəkət edən sürücü hansı halda qaydanı pozmuş sayılır? – VİDEO
Maşını ilə yolu kəsdi, uşağı ilə də özünü avtomobilin önünə atıb qorxulu anlar yaşatdı - VİDEO
Keçiddə yol verən maşını görsə də dayanmayıb piyadaya təhlükə yaratdı - VİDEO
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO












