Yolun ortasında “kruq” vurub “hoqqa” çıxaran sürücü polisə tabe olmadı - VİDEO

Abşeron rayonu, Xırdalan şəhəri, Zərifə Əliyeva küçəsində yol-hərəkəti qaydalarını kobud şəkildə pozan sürücü özünü videoya çəkərək sosial şəbəkə hesabında paylaşıb.
Avtosfer.az-ın məlumatına görə, 77-CO-674 dövlət nömrə nişanlı “Hyundai IX-35” markalı avtomobilin sürücüsü sıxlıq olan yolda təhlükəli manevrlər edib. Belə ki, o, yolayrıcında dəfərlərlə dövrə vuraraq hərəkətdə olan avtomobillərə qəza riski yaradıb. Daha sonra isə sürücü hərəkətdə olduğu zolaqdan anidən əks istiqamətli yola çıxıb və yenidən təhlükə yaradıb. Bu zaman yol patrul xidməti əməkdaşları qayda pozan sürücünü görərək "saxla" işarəsi verib. Lakin sürücü polisin əmrinə tabe olmadığını rəy bölməsində qeyd edib.
Qeyd edək ki, sürücü avtomobili ön dövlət nömrə nişanı olmadan idarə edib.
Nərmin
Sıxlığı görən sürücü əks yola çıxıb yük maşınının yolunu kəsdi - VİDEO
Maşınını blokun girişində saxlayan qadın hamının yolunu kəsdi - VİDEO
Bakıda tuneldə qəza riski: Sürücülər xəbərdarlıq nişanını unutdu - VİDEO
Narkotikin təsiri altında avtoxuliqanlıq edən sürücü 45 sutka HƏBS EDİLDİ - VİDEO
Qırmızı işıqda gözləməyə səbri çatmayan sürücü yolayrıcında təhlükə yaratdı - VİDEO
Təhlükəsizlik adacığını parkinq yeri ilə səhv salan sürücü – 99-QR-260 - VİDEO
Yaşıl işıqda hərəkət edən sürücü hansı halda qaydanı pozmuş sayılır? – VİDEO
Maşını ilə yolu kəsdi, uşağı ilə də özünü avtomobilin önünə atıb qorxulu anlar yaşatdı - VİDEO
Keçiddə yol verən maşını görsə də dayanmayıb piyadaya təhlükə yaratdı - VİDEO
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO












