Yükdaşıma qaydalarını kobud şəkildə pozan sürücünün kimliyi müəyyən edildi - RƏSMİ - FOTO - YENİLƏNİB

"Bir müddət əvvəl yükdaşıma qaydalarını kobud şəkildə pozan 10-FX-652 dövlət qeydiyyat nişanlı, VAZ-2103 markalı avtomobillə bağlı yayılan məlumat araşdırılıb və məsələyə hüquqi qiymət verilib".
Avtosfer.az xəbər verir ki, bu məlumatı açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) inspektoru, polis leytenantı Elvin Hacıyev verib.
O, qeyd edib ki, sözügedən qayda pozuntusunun Qəbələ rayon sakini T.Əkbərov tərəfindən törədilməsi müəyyən edilib və həmin şəxs inzibati cərimə növündə məsuliyyətə cəlb olunub.
BDYPİ, xüsusilə nasaz, texniki-təhlükəsizlik baxımından istismara yararsız avtomobillərlə törədilən bu tip kobud qayda pozuntularına qarşı kəsərli tədbirlərin görüldüyünü bir daha xatırladır, sürücüləri təhlükəsizlik qaydalarına qeyri-şərtsiz əməl etməyə çağırır", - deyə məlumatda qeyd olunub.
Xatırladaq ki, bir neçə gün əvvəl Ələt-Bakı yolunda təhlükəli yüklə hərəkət edən minik avtomobili ətrafdakıların diqqətini çəkmiş və fotosu sosial şəbəkələrdə yayımlanmışdı.
***
9 avqust 17:20
Yükdaşıma qaydalarını kobud şəkildə pozan 10-FX-652 dövlət nömrə nişanlı, VAZ-2103 markalı avtomobil etibarnamə əsasında idarə olunur.
Bu məlumatı Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) rəsmisi, polis polkovnik-leytenantı Mübariz Ağayev verib.
"Hazırda sürücüsünün şəxsiyyəti araşdırılan sözügedən nəqliyyat vasitəsi bu gün Qaradağ rayonu, Ələt qəsəbəsi ərazisindən Bakı-Ələt avtomobil yoluna çıxıb, lakin qısa müddət sonra baş yolu tərk edərək yenidən adıçəkilən yaşayış məntəqəsinə daxil olub. Digər hərəkət iştirakçıları tərəfindən qeydə alınaraq sosial mediada yayımlanan sözügedən fotomaterial üzrə hazırda araşdırma aparılır, qaldırılan məsələyə hüquqi qiymət veriləcək", - deyə açıqlamada qeyd olunub.
***
Ələt-Bakı yolunda hərəkət edən minik avtomobili ətrafdakıların diqqətini çəkib.
Avtosfer.az xəbər verir ki, bununla bağlı foto sosial şəbəkədə yayımlanıb.
Qeyd olunub ki, VAZ-2103 markalı 10-FX-652 dövlət nömrə nişanlı minik avtomobili təhlükəli şəkildə yüklənərək hərəkətin intensiv olduğu yolda hərəkət edir. Fotonun bir neçə dəqiqə əvvəl çəkildiyi bildirilir.
Fotonu təqdim edirik:

(oxu.az)
Sıxlığı görən sürücü əks yola çıxıb yük maşınının yolunu kəsdi - VİDEO
Maşınını blokun girişində saxlayan qadın hamının yolunu kəsdi - VİDEO
Bakıda tuneldə qəza riski: Sürücülər xəbərdarlıq nişanını unutdu - VİDEO
Narkotikin təsiri altında avtoxuliqanlıq edən sürücü 45 sutka HƏBS EDİLDİ - VİDEO
Qırmızı işıqda gözləməyə səbri çatmayan sürücü yolayrıcında təhlükə yaratdı - VİDEO
Təhlükəsizlik adacığını parkinq yeri ilə səhv salan sürücü – 99-QR-260 - VİDEO
Yaşıl işıqda hərəkət edən sürücü hansı halda qaydanı pozmuş sayılır? – VİDEO
Maşını ilə yolu kəsdi, uşağı ilə də özünü avtomobilin önünə atıb qorxulu anlar yaşatdı - VİDEO
Keçiddə yol verən maşını görsə də dayanmayıb piyadaya təhlükə yaratdı - VİDEO
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO












