“Zebra” olmayanda piyadanı əzmək lazımdırmı? - FOTO

Belə problemlə ilk dəfə yay vaxtı Parlament prospektində rastlaşmışdım. Yollar təmir olunduqdan sonra nişanlama bir neçə həftə gecikdi. Doğrudur, asfaltdakı x\tləmələr geciksə də, təmir vaxtı yol nişanlarına toxunulmamışdı. Sadə dillə desək, nişanlar qüvvəsində qalırdı. Lakin...
“Zebra”nın yığışdırılması bir çox sürücü üçün bəhanə oldu. Şəhidlər xiyabanı yaxınlığında Mehdi Hüseyn küçəsinə dönən yolda sürücülər piyadalara yol verməməyə, hətta qəsdən piyadaların üstünə sürməyə başladılar. Hətta piyadalarla davaya çıxanlar da oldu. Artıq məsələ həll edilib.
İndi oxşar problem 8-ci mikrorayonda Ağasadıq Gəraybəyli küçəsində mövcuddur. Bravo supermarketin qarşısında yol nişanları mövcud olsa da, “zebra” təbii mühitin və hərəkət intensivliyinin təsiri ilə aşınıb. Bu səbəbdən əksər sürücülər piyadalara yol vermir. Hansısa sürücü yol versə də, digərləri onu ötüb keçərək qəza riski yaradır.
Müxtəsəri, bir çox sürücünün təfəkküründə belə bir fikir formalaşıb: “zebra” olmayanda piyadanı əzib keçmək olar.
PS. Son aylarda söhbət etdiyim sürücülərin əksəriyyətində belə bir qəti fikir formalaşıb ki, guya, xaricdə, xüsusən də Rusiyada qadağan olunmuş yerdən keçən piyadanı vurub öldürən sürücü heç bir məsuliyyət daşımır. Bu yalan fikrə dair ayrıca material işləyəcəyik.
Vüqar Yaşaroğlu
Sıxlığı görən sürücü əks yola çıxıb yük maşınının yolunu kəsdi - VİDEO
Maşınını blokun girişində saxlayan qadın hamının yolunu kəsdi - VİDEO
Bakıda tuneldə qəza riski: Sürücülər xəbərdarlıq nişanını unutdu - VİDEO
Narkotikin təsiri altında avtoxuliqanlıq edən sürücü 45 sutka HƏBS EDİLDİ - VİDEO
Qırmızı işıqda gözləməyə səbri çatmayan sürücü yolayrıcında təhlükə yaratdı - VİDEO
Təhlükəsizlik adacığını parkinq yeri ilə səhv salan sürücü – 99-QR-260 - VİDEO
Yaşıl işıqda hərəkət edən sürücü hansı halda qaydanı pozmuş sayılır? – VİDEO
Maşını ilə yolu kəsdi, uşağı ilə də özünü avtomobilin önünə atıb qorxulu anlar yaşatdı - VİDEO
Keçiddə yol verən maşını görsə də dayanmayıb piyadaya təhlükə yaratdı - VİDEO
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO
















