Azərbaycanda internet istifadəçilərinə VACİB XƏBƏR

Son günlər ölkədə internet istifadəçiləri arasında narazılıqlar yaranıb.
BAKU.WS-in "qaynar xətti"nə daxil olan şikayətlərdə bildirilir ki, bir sıra regionlarda və paytaxtın müxtəlif ərazilərində internetin sürəti kəskin şəkildə azalıb.
İstifadəçilər sosial şəbəkələrə və veb-saytlara daxil olarkən səhifələrin yüklənməsində gecikmələr, videoların donması və ani kəsintilərin baş verməsindən şikayətlənirlər.
Bəs görəsən, bu çətinliklər ölkə üzrə internetdə yaranan ümumi texniki problemlərlə bağlıdır, yoxsa yerli provayderlərin müvəqqəti nasazlığı ilə əlaqədardır?
Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının sədri Elvin Abbasov bildirib ki, ölkədə internet infrastrukturunda son illərdə mühüm inkişaflar müşahidə olunur və fiber-optik texnologiyanın ölkə üzrə geniş yayılması bu sahədə köklü dəyişikliklərə səbəb olub:
"Artıq əsas mərhələ infrastrukturun qurulması deyil, mövcud xidmətlərin keyfiyyətinin artırılması və istifadəçi təcrübəsinin təkmilləşdirilməsidir.
Mövcud çətinliklər daha çox texniki və təşkilati amillərlə bağlı ola bilər. Məsələn, bəzi qurğuların düzgün tənzimlənməməsi, provayderlərin texniki imkanlarının bərabər səviyyədə olmaması və ya istifadəçilərin internet paketi və router seçimində düzgün qərar verməməsi kimi hallar sürət və keyfiyyətə təsir edə bilər.
Hazırda əsas diqqət provayderlərin xidmətlərinin gücləndirilməsinə, abunəçilərin düzgün seçimlər etməsinə və yeni texnologiyaların tətbiqinə yönəlir. Bu proses davamlı şəkildə həyata keçirildikcə ölkədə internetin həm sürət, həm də keyfiyyət baxımından daha da yaxşılaşacağı gözlənilir".
İşəgötürən işçini hansı hallarda işdən çıxara bilər? – HÜQUQŞÜNAS
Məktəblərin maliyyələşməsində yeni dövr: Hansı yeniliklər olacaq?
Bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ












