Repetitorlara sertifikasiya tələbi qoyulacaq? - AÇIQLAMA

Repetitorluq fəaliyyəti ilə məşğul olan müəllimlərin də sertifikasiya və ya xüsusi qiymətləndirmədən keçirilməsi məsələsi zaman-zaman müzakirə olunur.
Bəs müəllimlərin məktəbdənkənar hazırlıq fəaliyyəti üçün əlavə sertifikat alması tələb edilə bilərmi?
Avtosfer.az xəbər verir ki, mövzu ilə bağlı konkret.az-a danışan təhsil eksperti, Politecnico di Torino Universitetinin doktorantı Etibar Vəzirov bildirib ki, repetitorluq fəaliyyəti ilə məşğul olan müəllimlərin əlavə sertifikasiyadan və ya xüsusi qiymətləndirmədən keçirilməsinə ehtiyac yoxdur.
Ekspertin sözlərinə görə, repetitorluq məktəbdəki rəsmi tədris prosesindən kənarda, müəllimlə valideyn və ya şagird arasında qarşılıqlı razılaşma əsasında həyata keçirilən fərdi təhsil xidmətidir.
“Burada əsas meyar müəllimin sahib olduğu sertifikat deyil, onun bilik və bacarığı, tədris metodikası və şagirdin əldə etdiyi real nəticələr olmalıdır. Valideyn övladının inkişafını birbaşa müşahidə edə və göstərilən təhsil xidmətinin keyfiyyətini qiymətləndirə bilir”, – deyə Etibar Vəzirov qeyd edib.
O, bildirib ki, yaxşı repetitor olmaq yalnız fənni bilməkdən ibarət deyil. Müəllim şagirdin fərdi ehtiyaclarını müəyyənləşdirməli və ona uyğun tədris yanaşması qurmağı bacarmalıdır:
“Bunu isə təkcə sertifikasiya imtahanı ilə ölçmək mümkün deyil.
Repetitorlar üçün əlavə sertifikasiya tələbinin tətbiqi müəllimlərə yeni inzibati və maliyyə yükü yaradar. Bu isə öz növbəsində hazırlıq xidmətlərinin qiymətlərinə də təsir göstərə bilər.
Əlbəttə, bu sahədə şəffaflığın təmin olunması, valideynlərin düzgün məlumatlandırılması və təhsil xidmətinin keyfiyyəti vacibdir. Lakin bunun üçün mütləq yeni imtahan mexanizminin tətbiq edilməsinə ehtiyac görmürəm”, – deyə ekspert vurğulayıb.
Etibar Vəzirov hesab edir ki, əsas diqqət repetitorların sertifikasiyasına deyil, məktəblərdə tədrisin keyfiyyətinin yüksəldilməsinə yönəldilməlidir.
“Əslində, əsas müzakirə mövzusu repetitorların sertifikasiyası deyil, nə üçün bu qədər şagirdin məktəbdənkənar əlavə hazırlığa ehtiyac duymasıdır. Məqsəd məktəblərdə tədrisin keyfiyyətini artırmaq və şagirdlərin əlavə hazırlıqdan asılılığını azaltmaq olmalıdır”, – deyə ekspert əlavə edib.
Məişət zorakılıqlarının qarşısını necə almaq olar? - AÇIQLAMA
Məhkumların cəmiyyətə inteqrasiyası; qanunvericilikdə nələr dəyişdirilməlidir? - AÇIQLAMA
Manat-dollar nisbəti 1,70-dən nə vaxt “çıxa” bilər? - Ekspertdən devalvasiya ilə bağlı AÇIQLAMA
TƏBİB-in sistemi çökdü - Nazirlik məlumat yaydı
Metro ilə bağlı şad xəbər - Bu tarixdə...
Avtobuslarda məsafəyə görə ödəniş: Bakıda necə xidmət göstərəcək?
Bakıda metro ilə bağlı QƏRAR - Sərnişinlərin diqqətinə!
Prezidentdən pensiyalarla bağlı ŞAD XƏBƏR
Türk xalqı Azərbaycanın milli maraqlarını nəzərə almalıdır – ŞƏRH
Aqrar məhsulların ixracı artarsa, ölkədə qiymətlər yüksələ bilər – İQTİSADÇI
“Azpertrol” əməkdaşı maşına dizel yerinə benzin vurdu – ŞİKAYƏT












