"20 Yanvar"da qanunsuz sərnişindaşıma və "qarğa bazarı" - VİDEO

"20 Yanvar" metrostansiyasının qarşısı sanki Beynəlxalq Avtovağzalı xatırladır. Bəzi sürücülər beynəlxalq avtovağzaldan yox, metrostansiyanın qarşısındandan sumqayıta və əksinə sərnişin daşıyır. Bütün olanlar isə Nəqliyyat Nazirliyinin əməkdaşlarının gözləri önündə baş verir. Sərnişin avtobusları ard-arda düzülüb, dolduqca yola çıxırlar. Mikroavtobuslarla Bakıdan Sumqayıta və əks istiqamətə qanunsuz sərnişin daşınır.
Avropa Oyunları ərəfəsində Nəqliyyat nazirliyi Sumqayıtdan Bakıya və əks istiqamətinə işləyən sərnişin avtobuslarının son dayancağa yerinin Bakı Beynəlxaq Avtovağzalı olduğunu bəyan etmişdi. Ancaq hazırda vəziyyət belə göstərmir.
Sumqayıt və Xırdalan istiqaməyindən işləyən taksilər də əlavə olunan da həmin ərazidə sıxlıq yaranır. Yolun hərəkət hissəsində olan digər nəqliyyat vasitələri çətinliklə irəliləyir.
Özünü dispetçir kimi təqdim edən bu şəxs isə məsələdən xəbərsiz olduğunu deyir.
Əsas məsələ odur ki, bütün bunlar Nəqliyyat müfəttişlərini gözləri önündə baş verir. Onlara yaxınlaşmaq istəsək də çəkiliş apardığımızı görüb ərazidən uzaqlaşırlar.
Bakı-Sumqayıt avtostansiyasının şöbə rəisi Elçin İbrahimov deyir ki, Sumqayıt avtobuslarının 20 Yanvardan çıxışına sərnişinlərin xahiş və istəkləri nəzərə alınaraq icazə verilib.
Nəqliyyat Nazirliyindən “Xəzərə Xəbər”ə bildirildi ki, məsələ ilə bağlı araşdırma aparıldıqdan sonra həmin sürücülər barəsində tədbir görüləcək.
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












