«28 May»da svetofor qoyuldu – Piyadalar cərimələnir - DİQQƏT

İki gün əvvəl metronun «28 May» staniyasının yaxınlığında «28 mall»ın qarşısındakı piyada keçidinin yanına svetofor qoyulub. Avtosfer.az-ın məlumatına görə, buradakı zebra dəhşətli tıxaca səbəb olurdu. Piyadalar burada intensiv hərəkət etdiyi üçün avtomobillər dəqiqələrlə onlara yol vermək üçün gözləməli olurdular. Bu da tıxac yaradırdı. Nəhayət, iki gün əvvəl həmin keçidin yanına svetofor qoyulub. Yəni, svetoforla nizamlanan piyada keçidi həm sürücülərə, həm də piyadalara rahatdır. Amma oxucuların Avtosfer.az-a verdiyi məlumata görə, əksər piyadaların həmin svetofordan xəbəri yoxdur. Heç nəyə fikir vermədən avtomobillər üçün svetoforun yaşıl işığı yananda da piyada keçidinə daxil olub yolu keçirlər və qəza şəraiti yaradırlar. Qarşıda isə onları yol polisləri saxlayıb 20 manat cərimə yazır.
Avtosfer.az diqqətə çatdırır ki, «28 mall»ın qarşısında hərəkət edən piyadalar bunu nəzərə alaraq ehtiyyatlı olsunlar. 20 manat cərimə bir yana, özünüzü və başqalarını təhlükəyə atıb problem yaratmayın. Yolu keçərkən başınızı qaldırıb sağa-sola baxın. Svetoforun tələbinə əməl etmək lazımdır. Siz tələsdiyini kimi, sürücülər də tələsir. Zəhmət çəkib hər kəs bir-birinə yol verməli, bir-birinə hörmətlə yanaşmalıdır.
Elməddin
"Hələ də vətəndaşa bir insan kimi yox, 50-60 qəpik məbləğində pul kimi baxırlar" - Nəqliyyat eksperti
Nömrəsiz və qeydiyyatsız motosikllərə qarşı sərt tədbirlər tələb olunur
Bakıda yeni iş qrafiki: Tıxac problemi həll olacaq?
Assosiasiya rəbəri: Bəsdir bizi aldatdınız
Yollarda hər dəfə 5 sm-ə göz yumulsa nə baş verər?
Bakının bu küçəsində minib-düşmə yeri var, amma ora girmək olmur - Təlimçi etiraz etdi, AYNA cavab verdi - VİDEO
“Metropoliten” ətrafında növbəti QALMAQAL: İnsanlar şəhərə gəlməsin?
Bakının mərkəzinə giriş bağlanır - Bu tarixlərdə sükan arxasına əyləşməyin!
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?











