88-in sürücüsü həbs olundu: «Uşağım olmuşdu, boğazımı yaşladım...» - FOTO

Bakıda 88 saylı marşrut avtobusunun sürücüsü Rövşən Rəşidov həbs olunub. O, hazırda DİN-in İnzibati həbs olunanların saxlanma məntəqəsində saxlanılır. Avtosfer.az-ın məlumatına görə, məntəqədəki qeydiyyat kitağında 88 saylı avtobusun sürücüsü kimi qeydə alınan Rövşən Rəşidov əvvələr orada işlədiyini, yol polisi tərəfindən saxlanılarkən özünün taksi kimi istifadə etdiyi «Tofaş» markalı avtomobillə olduğunu bildirib. O deyib ki, Novruz bayramı günü – martın 21-də spirtli içki qəbul edərək taksi sürürmüş: «Hadisədən 3 gün əvvəl övladım dünyaya gəlmişdi. Sevincli idim. Bir balaca boğazımı yaşlamışdım. «Elit» ticarət mərkəzinin yanında yol polisləri «saxla» işarəsi verdilər, amma içkili olduğum üçün dayanmadım. Məni qovmağa başladılar. Mən də sürdüm. Axırda gəlib Bayılda tutdular».
Əməlindən peşman olduğunu deyən sürücü 10 gündür övladını görə bilməməsindən təəssüflənir: «Bu, bir səhv idi. Bir daha təkrar olunmaz. Heç kimə xoş deyid ki, ailəsindən, övladlarından uzaq düşsün. Bayram günü həbsə düşmək çox ağırdır».
Elməddin
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı














