Banner

«Apteçka»ya görə tətbiq olunan cərimə maddəsi budur – Dəyişməyib - FOTO

Yazarlar 5 Yanvar 2016 14:57 Oxunub 18171
«Apteçka»ya görə tətbiq olunan cərimə maddəsi budur – Dəyişməyib - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Avtomobildə dərman qutusunun olmamasına görə 3-5 manat cərimə nəzərdə tutulur

Son günlər yayılan şaiyələrdən biri də ondan ibarətdir ki, nəqliyyat vasitəsində dərman qutusunun olmamasına görə cərimə yanvar ayından 50 manat olacaq. Amma göründüyü kimi, artıq yanvar ayıdır və belə bir hadisə də baş vermədi. Dövlət Yol Polisi İdarəsinin açıqlamaları da göstərdi ki, yol polisi «apteçka»ya görə reyd keçirmir və cərimənin miqdarı da qalxmayıb. 

Avtosfer.az-ın məlumatına görə, Milli Məclisin ötən il dekabrın 29-da keçirilən son iclasında yeni hazırlanmış İnzibati Xətalar Məcəlləsi təsdiq olunub. Məcəllənin təqdimatı zamanı bildirilib ki, Azərbaycan Prezidenti tərəfindən təqdim olunan, 40 fəsil, 608 maddədən ibarət yeni məcəllə indi qüvvədə olan sənədlə müqayisədə 280-ə qədər dəyişikliyi özündə ehtiva edir. Məcəllədə sanksiyaların siyahısı genişləndirilib və sərtləşdirilib. Yeni məcəllədə bütün maddələr üzrə müvafiq məsələlər ümumiləşdirilib və konkretləşdirilib. Məcəllə 2016-cı il mayın 1-dən qüvvəyə minəcək.

Yeni Məcəllədə yol hərəkəti qaydalarının pozulmasına görə bəzi cərimələr sərtləşdirilib və miqdarı artırılıb. Xüsusən də, sərxoş halda nəqliyyat vasitəsini idarə etməyə görə cərimələr artırılıb. Bu cərimələr gələn il mayın 1-dən tətbiq olunacaq. Burada dərman qutusunun olmamasına görə sürücüyə 50 manat cərimə yazılmasından və ya yanğınsöndürən balonun olmamasına görə ağır cərimələrdən söhbət getmir. Avtomobildə dərman qutusunun olmamasına görə İnzibati Xətalar Məcəlləsinin 166.1-ci maddəsində 3-5 manat cərimə nəzərdə tutulur. Həmin maddəni olduğu kimi diqqətinizə çatdırırıq.

Maddə 166.1. Xüsusi komplektləşdirilmiş dərman qutuları ilə təchiz olunmayan nəqliyyat vasitələrini idarə etməyə görə 3 manatdan 5 manatadək miqdarda cərimə edilir.

Göründüyü kimi, qanunda heç bir dəyişiklik edilməyib və cərimə də uzun illərdir 3-5 manatdan ibarətdir. Şaiyələrə aldanmayın!

 

Elməddin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh